Arxiv
29 mart 2020, 23:31 | DÜNYA
ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı

ABŞ Çin səlahiyyətlilərinə qarşı koronavirusun yayılması ilə əlaqədar 20 trilyon dollarlıq iddia qaldırır.

 

Modern.az  xəbər verir ki, bu məlumatı “Biznes Tudey” nəşri yayıb.

 

Məlumata görə, amerikalı hüquqşünas Lerri Kleymənin vəkillik xidmətləri təqdim edən “Fridom Voç” şirkəti və onun vəkilliyini etdiyi Texasın “Bazz Fotos” qrupu Çin hökuməti, Çin ordusu, Uhan Virusoloji İnstitutu, Uhan Virusoloji İnstitutunun direktoru Şi Zengli və Çin ordusunun general-mayoru Çen Veyə qarşı məhkəmə davası açıb.



İddiaçılar koronavirus infeksiyasının Çin səlahiyyətliləri tərəfindən hazırlanmış bioloji silah olduğunu iddia edərək, sözügedən cavabdehlərə Çinin ümumi daxili məhsulundan daha çox - 20 trilyon dollarlıq təzminat tələbi qoyub. Onlar Çini dünya vətəndaşlarının ölümünə vasitəçi olmaqda, terrorçulara maddi dəstək verməkdə, ABŞ vətəndaşlarının yaralanmasına və ölümünə səbəb olan sui-qəsd hazırlamaqda və səhlənkarlıqda ittiham edib.


İddiaçılar virusun Uhan Virusologiya İnstitutundan yayıldığını iddia edirlər və bildirirlər ki, COVID-19 virusu Çin tərəfindən dünya əhalisini kütləvi şəkildə öldürmək üçün hazırlanıb. İddiaçı tərəf bioloji silahların 1925-ci ildən qadağan edildiyini xatırladaraq, belə bir bioloji silahın hazırlanmasını terrorla birbaşa əlaqəsi olan kütləvi qırğın silahı adlandırıb.


İddiaçılar müxtəlif media hesabatlarına əsasən bildiriblər ki, Uhanda yeni növ koronavirusu saxlayacaq sadəcə bir mikrobiologiya laboratoriyası var.

Kleymən və iddiaçılar, həmçinin koronavirus haqqında danışan və "beynəlxalq aləmdə həyəcan siqnalını qaldıran" Çin həkimləri və tədqiqatçılarının susdurulduğunu da iddia ediblər. Onlar əlavə ediblər ki, bu, general-mayor Çenin özünə və komandasının altı üzvünə hələ sınaqdan keçirilməmiş bir peyvəndi vurduqdan sonra meydana gələn bir virusdur.

Şikayətçilər bütün müttəhimlərin beynəlxalq terrorizmi davam etdirmək üçün birlikdə çalışdıqlarını iddia edib.

Koronavirusun Çində daha asta sürətlə yayıldığı da ittihamda qeyd edilib və Çinin ABŞ kimi düşmən qəbul edilən bir və ya bir neçə ölkənin əhalisinə qarşı istifadə edilmək üçün bu virusun xüsusi hazırlandığı bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22