Arxiv
30 mart 2020, 10:20 | REPORTAJ
Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR

30 mart tarixi Azərbaycanın görkəmli opera müğənnisi, səhnəmizin Ərəbzəngisi, xalq artisti  Gülxar Həsənovanın anım günüdür.


Modern.az
-ın məlumatına görə, Gülxar İbrahim qızı Həsənova (Sultanova) 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində İbrahim ağa ilə Nabat xanımının ailəsində anadan olub.

Gülxar Həsənova üç qardaşı ilə birgə ilk təhsilini Şəmkirdəki Zəmzəm stansiyasındakı 7 illik məktəbdə alıb. Valideynləri Gülxarı həkim görmək istəyirmiş. Ona görə də məktəbi bitirəndən sonra yeniyetmə qız sənədlərini valideynlərinin təkidi ilə Bakı Tibb Texnikumuna verir. Texnikumda oxuyarkən Əli Bayramov adına Qadınlar klubunun özfəaliyyət dərnəyində də çıxış edir.

G.Həsənova Bakı Tibb Məktəbini bitirəndən sonra ali təhsil almaq üçün N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Lakin 37-ci ilin repressiya dalğaları Gülxarın atası İbrahim ağa Sultanovun da ailəsindən yan keçmir. Ailənin yaxın qohumları Həmid Sultanov və Ayna Sultanova xalq düşməni kimi tutulduğundan Gülxar institutun birinci kursundan xaric edilir. Şəmkirdə Poçt idarəsinin rəisi işləyən atası isə vəzifədən azad olunur.

Təqiblərdən xilas olmaq üçün Gülxar soyadını gizlətmək məcburiyyətində qalır. Belə ki, o, babası Həsənin adını soyadı kimi qəbul edir. 

Daha sonra G.Həsənova Bakı  Teatr  Məktəbində  aktyorluq  ixtisasma  yiyələnir (1936-1939).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb.
Burada çalışdığı müddətdə teatrın yaradıcılarından sayılan Ağadadaş Qurbanovla tanış olur və çox keçmədən onlar ailə həyatı qururlar. 1940-cı ildə cütlüyün Hamlet adlı oğlu (gələcəyin tanınmış aktyoru Hamlet Qurbanov) dünyaya gəlir. Lakin xoşbəxt ailə həyatı uzun çəkmir. Az sonra onlar boşanırlar. Aktrisa ömrünün sonuna qədər ikinci dəfə ailə qurmayıb.  
Gülxar Həsənova 1942-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olunub.

Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.

Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və sonralar Leylinin anası, “Əsli və Kərim”də Əsli, “Koroğlu”da xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz - Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur. Bunu Gülxar xanım özü də xatirələrində etiraf edirdi.

Gülxar Həsənovanın keşməkeşli həyat tarixçəsi olub. 1943-cü ildə «Leyli və Məcnun» operasında səhnəyə çıxmağa hazırlaşan aktrisa tamaşadan əvvəl acı bir xəbər alır: qardaşının cəbhədən qara kağızı gəlmişdi. Həmin vaxt Gülxarın səhnəyə çıxacağına heç kim inanmır. Ancaq o, sarsılmağına baxmayaraq, özündə güc toplayıb həmin gün tamaşada Leyli obrazını oynayır.

“Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O, illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə yaşantılarımı yaşamışam”, - deyə o, Azərbaycan radiosunun “Muğam dünyamız” proqramına danışdığı xatirələrində qeyd etmişdi.

16 noyabr 1995-ci il tarixi Gülxar Həsənovanın həyatında daha bir qara səhifəyə çevrilir. Oğlu Hamlet mədə xərçəngindən vəfat edir. Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır.

Oğlunun ölümündən sonra səhnə fəaliyyətini bitirən G.Həsənova 1980-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının pedaqoqu olub. O, milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib.

1982-ci ildə Gülxar Həsənova milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərə görə Xalq artisti fəxri adına layiq görülüb.


Gülxar Həsənova 2005-ci il martın 30-da dünyadan köçüb.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59