Modern.az

Koronavirusa yoluxanların və ölənlərin sayı daha da ARTDI

Koronavirusa yoluxanların və ölənlərin sayı daha da ARTDI

1 Aprel 2020, 12:53

Dünyada yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı hər ötən gün artmaqdadır.

 

Modern.az xəbər verir ki, dünən 73,660 nəfərdə virus aşkarlanıb ki, bunun da 24,742-si ABŞ-ın payına düşür. Bir gün əvvəl isə dünya üzrə COVİD-19-a yoluxanların sayı 61269 nəfər olub.

 

Ötən gün pandemiya qurbanlarının sayı da çoxalıb. Belə ki, martın 30-da 3703 xəstə virusdan ölmüşdüsə, dünən bu rəqəm 4533-ə yüksəlib. Bir gündə ən çox ölüm hadisəsi isə ilk dəfə ABŞ-da qeydə alınıb - 912 nəfər. 

 

Qeyd edək ki, infeksiya dünyanın 203 ölkə və regionunda qeydə alınıb.

 

T.İSMAYIL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır