Arxiv
26 Aprel 2020, 09:44 | ANALİTİKA
İlham Əliyevdən yeni ideoloji platforma: “Biz birlikdə güclüyük!”

Ariz ABDULƏLİYEV,

Bakı Musiqi Akademiyasının dosenti,  
"91-lər" ictimai-siyasi hərəkatın üzvü
[email protected]


- I -

Azərbaycanın ictimai-siyasi gündəminə, milli şüura, əməli fəaliyyətə, vətəndaşlıq məfkurəsinə, dövlətçilik təfəkkürünə, idarəçilik sisteminə  və siyasi mədəniyyətə yeni, nikbin, praqmatik, həm də müasir ideoloji model daxil oldu: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışlarının birində söylədiyi bu çağırış situasiyadan gələn sıravi pafos kimi deyil, möhtəşəm ideya, konseptual milli həmrəylik çağırışı kimi, özü də nida işarəsi ilə səsləndi, elliklə bu cür də qavranıldı, dəstəkləndi və qəbul olundu. Möhtərəm Prezidentimizdən cəmiyyətə ötürülən bu ideya-siyasi mesaj, əslində, dünyada yaşayan bütün azərbaycanlılara ünvanlandı, dünya azərbaycanlılarının milli birlik şüarına çevrildi.    


Bir auditoriya ilə görüşündə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəyərli nitqin son nəticəsi, ümumiləşdirici yekunu kimi deyilən bu cümlə, elə həmin andan Azərbaycan milli varlığına qətiyyətli, doğru, birləşdirici, vahid siyasi ideya kimi hopdu. İlk yaranışından sosial qavramda, siyasi təfəkkürdə, milli psixologiyada səmimi, real, məqsədyönlü, qəti  qərar kimi qəbul edilən bu ideya-çağırış, həm də çətinliklərdən yeganə doğru çıxış yolu kimi tanındı, dərk edildi və qəbul olundu.


Bir cəsur, mərd və ağıllı sərkərdənin öz xalqını qələbə döyüşünə səfərbər edə bildiyi, ruhlandırdığı, ona güc verdiyi qətiyyətli, hünərpərvər, vətənsevər çağırış qədər güclü, qələbə əzmli və xoşniyyətli oldu bu çağırış.


Tarixlərdə xalqını, ölkəsini sevən hökmdarların və siyasi liderlərin öz xalqını çətin durumlardan, məğlubiyyətlərdən, ağır sınaqlardan  xilas edə bilən, onu məğlubiyyətlərə qarşı birləşdirə bilən güclü siyasi iradəsi ilə səsləşdi bu müasir çağırış.


Müdrik xalqımızın qədimlərdən üzü bəri nəsil-nəsil yaddaşımızda qoruduğumuz, etnopsixologiyamızda milli-əxlaqi dəyərə, vətən sevgimizdə və əməlimizdə sarsılmaz dayağa çevirdiyimiz "Güc birlikdədir", "Tək əldən səs çıxmaz" həqiqətinin tam adekvat əks-sədası oldu bu müasir birlik çağırışı.  


Siyasət fəlsəfəsinin və fəlsəfi siyasi konsepsiyaların, yaxud siyasətçilərə idarəetmə fəlsəfəsi öyrədən mürəkkəb müddəaların bütün müsbət, ağıllı, qiymətli ideyalarını cəmi bir cümlədə ifadə etdi, onları bütün xalqın qəbul və dərk edə biləcəyi tərzdə ümumiləşdirdi, sadə xalq dilində danışdı bu tarixi çağırış.            

 

- II-


Prezidentimizin nitqində ölkəni qarşıdakı yeni vəzifələrə, məqsədlərə, qələbələrə və nailiyyətlərə yönəldən ali səbəbi -  milli birlik və həmrəylik zərurətini ehtiva edən bu çağırış bütün ölkədə az qala işıq sürətilə yayıldı. Elə səhəri gün bütün çıxışlarda, bütün media vasitələrində, danışıqlarda, söhbətlərdə hamılıqla "Biz birlikdə güclüyük" deyildi. Cənab Prezidentin fikrinin bu qədər sürətlə ümummilli etimad qazanması, ictimailəşməsi, sosiallaşması və ən vacibi lakonik ideoloji məna-əhəmiyyət kəsb etməsi, əlbəttə, ilk növbədə ölkə başçısına ümummilli inam və etimadın daha bir real təzühürü oldu. İkincisi, Prezidentdən cəmiyyətə ötürülən və artıq ölkədə milli birliyi təmin edən gücə malik bir ideoloji konsept kimi öz siyasi funksiyasını qarşısıalınmaz sürətlə və uğurla yerinə yetirən bu ideya-formulun belə möhtəşəm nəticəliliyində gerçək səbəb onun mütləq çoxluğun dəstəklədiyi siyasi lider tərəfindən xalqa inamla, qətiyyətlə, nikbinliklə, səmimiyyətlə, çağırış və qələbə intonasiyası ilə bəyan edilməsi idi və bir gerçək  səbəb də bu çağırışın xalqa sevgidən və mövcud xalq-dövlət birliyindən dolayı etimad və inamla və bu dəfə də nida işarəsi ilə deyilməsi idi.

 

- III -

 

- "Biz birlikdə güclüyük" ideyasının Azərbaycanda yekun ideoloji qərar və ideoloji mesaj kimi elə o andaca elliklə qəbul olunması və Azərbaycanda əməl, amal, niyyət, düşüncə, fəaliyyət, milli mənlik, milli inkişaf və bütün bunların daşıyıcısı insan üçün  "milli biriliyin vahid yol xəritəsi"nə çevrilməsi artıq hər birimizin həyatında, fəaliyyətində, milli varlığında, düşüncəsində, məram və iş-gücündə yer almaqda, görünməkdə, əksini tapmaqdadır.

- "Biz birlikdə güclüyük!" - ölkədə vətəndaş həmrəyliyinə qətiyyətli və inamlı çağırışdır. Bu çağırış bütün çətinliklərə qarşı, təhlükələrə qarşı duruş gətirə bilən vətəndaş həmrəyliyinin ideoloji təminatçısıdır.

- "Biz birlikdə güclüyük!" - ölkədə milli həmrəyliyə qətiyyətli və inamlı çağırışdır, yeni siyasi birlik və qalibiyyət mərhələsinə keçidin başlanğıcıdır. Bu çağırış dünya azərbaycanlılarının milli şüurunda güclü oyanışa-intibaha rəvac verə bilən, millətin həmrəy bütövlüyünü quran lakonik, lakin təsrili ideoloji platformadır.

- Sistem nəzəriyyəsində olduğu kimi, Prezidentin bir qətiyyətli siyasi çağırışı, bir hədəfləyici mesaj-ideyası böyük bir sistemi - milli və vətəndaş birliyini siyasi, iqtisadi, sosial, ideoloji, mənəvi baxımdan təmin edə, işlədə, yaşada, müsbət nəticələrə yönəldə bilən hərəkətverici ideya, birləşdirici ideoloj təlim-nüvə rolunu oynadı.

- "Biz birlikdə güclüyük" reallığı daxili və xarici anti-milli düşmənlərimizə, torpaqlarımızın işğalçılarına bundan sonra da birlikdə güc göstərəcəyimizi, onların üzərində hər zaman birlikdə qələbə çalacağımızı bir daha dünyaya bəyan etdi.   

- "Bir birlikdə güclüyük" çağırışı özülüyndə tam dəyərli ideya və ideoloji platformadır. Eyni zamanda, Azərbaycançılıq - müstəqil dövlətçilik, vətənçilik ideologiyasının yeni və müasir formuludur. Eyni zamanda da Azərbaycan Respublikasında başlayan yeni islahatlar dövründə dövlətin ideoloji konsepsiyasının istiqamətverici təməl prinsipidir, belə deyək, ümumi tezisidir.

- Bu çağırış xalq-dövlət birliyini möhkəmləndirən və milli təhlükəsizliyimizə, milli birliyimizə təminat verən və əslində, tarixi Azərbaycançılıq konsepsiyasına əsaslanan real siyasi ideyadır.    

 

- IV -


Son illərin ideologi çağırışlarını və ya sapıntılarını, onların uğurlarını və ya məhvini görməmək olmur.  Bəzi cılız və sınıq-salxaq ideoloqların, siyasi tozanaq qaldırmaq cəhdində bulunan ideyapərəstlərin yaxın keçmişdə irəli sürdüyü "Heydər Əliyev dövlət yox, hakimiyyət yaratdı" fikri əslində əsassız varis iddiasında olan paslanmış bir radikal-siyasi qövmün obyektiv deyil, məhdud düşüncə tərzindən yoğrulan psevdosiyasi, xarab, istifadəyə yararsız "proqram məhsulu", eləcə də ədalətsiz və cəfəng söz oyunu olduğundan, əlbəttə məntiqlə Azərbaycan dövlətçilik tarixinin və siyasi tarixinin həqiqətlərini əks etdirmək gücündə ola bilmədi. Bu ədalətsiz fikir "Müsavat" firqəsinin baş ideoloqu, tanınmış ziyalı alimlərdən biri tərəfindən irəli sürülsə də, fikir olaraq Azərbaycanın müstəqilliyinə doğru aparan siyasi hadisələri, ümummilli hərəkatı, 1990-cı ildən Heydər Əliyevə olan ümummilli inam və etimadı siyasi tarixin təcrübəsi və real baxışları ilə deyil, bir tədqiqatçı pedaqoqun subyektiv yanaşması çərçivəsndə qiymətləndirdi. Başlıcası, bu ədalətsiz cümlə Azərbaycanın ümumxalq siyasi iradəsində milli ideologiyaya və ideoloji təsirə çevrilə bilmədi.  

Heydər Əliyev görkəmli, təcrübəli dövlət xadimi və beynəlxalq miqyaslı  böyük, peşəkar siyasətçi olaraq, müstəqil, müasir və demokratik Azərbaycan dövlətini yaratdı. O, Azərbaycançılıq ideyasını və ideologiyasını müasir dövlətçilik ənənələri və təcrübəsi ilə əlaqələndirməyi bacardı:  


1. Naxçıvan Ali Sovetində üçrəngli milli bayrağı ucaltmaqla, sovet dövründə, xüsusilə yenidənqurma dövründə "mürgülüməyə" başlayan mill şüuru oyatdı, milli azadlıq hərəkatına böyük irəliləyiş təkanı verdi, xalqın tarixi yaddaşını və dövlətçilik düşüncəsini özünə qaytardı.


2. Heydər Əliyev bu addımı ilə siyasi ədalət və siyasi mədəniyyət nümunəsi oldu. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, ona başçılıq edən Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" ideyasını yeni siyasi tarixdə gerçəkləşdirdi, əməli cəhətdən sübut elədi. Bununla, tarixdə müstəqil dövlətçiliyin varisliyin təmin edən yeganə siyasi lider olduğunu və ona ünvalanan ümummilli etimadın, xalq seçiminin də hüquqi və mənəvi doğruluğunu, bunun tarixi ədalət olduğunu birbaşa sübut etmiş oldu.


3. Heydər Əliyev 91-lər ictimasi-siyasi hərəkata ünvanladığı məşhur tarixi cavabında müstəqil dövlət quruculuğunun lakonik platformasını, proqramını yazmış oldu. Azərbaycanda müstəqil dövləti qurmaq və möhkəmləndirmək üçün zəruri hüquqi, siyasi, hərbi, iqtisadi vəzivələri bir-biri konkret şəkildə açıqladı.


4. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, Azərbaycanın ən yeni siyasi tarixinin Azərbaycançılıq konsepsiyasını yaratdı, özünün ideoloji təlim-tərbiyəyə çevrilmiş mühüm ideya çağrırışları-mövqeləri ilə cəmiyyəti, xalqı çətin və mürəkkəb dövlət quruculuğuna səfər etdi:


-  Yeni və müstəqil Azərbaycan uğrunda!

-  Qoy ədalət zəfər çalsın!

-  Mütəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir!

-  Kimə müxalif olursan ol, amma vətəninə, xalqına qarşı müxalif olma!

- Mən fəxr edirəm ki, Azərbaycanlıyam!


Müasir, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev bu tarixi ideoloji çağırışları, ideya düsturları ilə Azərbaycanın ən yeni siyasi tarixinin milli-ideoloji sütunlarını, milli həmrəylik, milli təhlükəsizlik və müstəqil dövlətçilik kimi ideya platformalarını yaratdı. Bu ideyalar dərsliklərə, monoqrafiyalara daxil edildi, müstəqillik tariximizdə yetişən gənc nəsillərə vətəndaşlıq, milli birlik, demokratiya, vətənsevərlik tərbiyəsi, örnəyi oldu. İnsan kapitalının yaradılması yolunda vahid milli-ideoloji əhəmiyyət kəsb etdi, milli məfkurəni formalaşdırdı.

Xüsusilə, Ulu Öndərimizin çox yüksək fəxarətlə, böyük vətəndaşlıq qüruru ilə, saf və möhtəşəm milli mənliklə səsləndirdiyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" çağırışı dünyada yaşayan böyüklü-kiçikli bütün Azərbaycanlıların dilinin əzbəridir, zehniyyatların və qəlblərin ideya bayrağıdır,  milli inkişafımızın yol xəritəsində vahid ideoloji platformamızdır. Ümummilli liderin bu ideya-siyasi çağırışı bu gün də milli qürurumuzun əks-sədasıdır, milli birliyimizi təmin etmək gücündədir. Bu səs, bu qələbəlik, bu vüqar, bu tarixi ideya Azərbaycan torpağının nemətlərinə, uca möhtəşəm zirvələrinə, qədim və şərəfli tariximizə, xalqın milli mənlik şüuruna, milli əxlaqa, şüuraltı tarixi yaddaş kodlarına, nəhayət, yaddaşımızın və milli psixologiyamızın keyfiyyət brendi olan vətən sevgimizə, nəhayət üçrəngli bayrağımızın rəmzlər vəhdətinə tam adekvatdır.

Heydər Əliyevin "Müstəqillimiz əbədidir", "Müstəqillik xalqımızın ən böyük tarixi nailiyyətidir", "Müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" çağırışları dövlətin Azərbaycançılıq konsepsiyasında müasir təlim, yeni fəsil və milli ideya istinadını yaratdı. Tarix də sübut etdi və əminliklə də deyə bilərik ki, Ulu Öndərimizin bu çağırışlarının hər biri situativ şüarçılıq deyil, Ümmumilli liderin xalqı birliyə, nailiyyətlərə, inkişafa istiqamətləndirən ideoloji-konseptual mövqeyidir. Heydər Əliyevdən irəli sürülən bu ideoloji-konseptual vahidlərdən hər biri müasir, müstəqil Azərbaycan dövlətini quran, möhkəmləndirən çağdaş Azərbaycançılıq ideologiyasının (ideoloji nəzəriyyənin və fəaliyyətin) təməl prinsipləridir, aktual ideoloji tezislərdir. Məhz bu təməl tezislər və prinsiplər sovet ölkəsinin xarabalıqları üzərində, yeni siyasi tarixdə, XXI əsrin mürəkkəb siyasi düzənində dünya Azərbaycanlılarının milli-mənəvi həmrəylini, əməli birliyini təmin etdi. Məhz bu təməl ideoloji prinsiplər müasir dövrdə Azərbaycan xalqının milli identikliyini, tarixi yaddaşdan qaynaqlanan milli mənlik şüurunu qoruya bildi, onu milli natamamlıq komplekslərindən, yüz illərlə siyasi arenalarda qəsdən adına yazılmış məhdud, ədalətsiz rəylərdən, qərəzli "mədəniyyətsiz xalq" damğasından xilas etdi; Azərbaycan xalqının özünə inamını, milli-mənəvi gücünü özünə qaytardı, onu bütün dünyaya bərabərhüquqlu, qurucu, humanist, insansevər, mədəniyyətli xalq kimi tanıtdı.

 

- V -

 

İlham Əliyev "Biz birlikdə güclüyük" çağırışı ilə Heydər Əliyevin layiqli siyasi, dövlətçilik və ideoloji varisi olduğunu birmənalı şəkildə bir daha təsdiqlədi. AXC-dən təməlləşən tarixi-ideoloji konsepsiya - Azərbaycançılıq Heydər Əliyev tərəfindən "beynəlmiləlçi" sovet dövründə güclü siyasi iradə və cəsarətlə, ən müxtəlif siyasi qərarlarla, bəzən açıq, bəzən gizli tədbirlərlə Azərbaycan milli şüurunun qorunmasına, milli inkişafa, yeni, müasir və həm də milli mənliyə malik olan, Azərbaycana sevgi ilə tərbiyələnən, bu sevgi ilə də yaşayıb-yaradan gənc nəsillərin formalaşmasına yönəldildi. XX əsrdə Azərbaycanın siyasi tarixində qalan şəxsiyyətlərin heç də hamısı respublika, xalq üçün müsbət, inkişaf əhəmiyyətli fəaliyyət göstərməmişdir. Belə proqressiv, millət üçün yanan, onun birliyinə, dəyərlərinin qorunmasına, iqtisadiyyatının, güzəranının və mədəniyyətinin inkişafına nail olan şəxsiyyətlərimiz XX əsrin siyasi tarixində heç də çox deyil və onlardan biri məhz Heydər Əliyevdir. 1969-1982-cı illərdə Azərbaycana faktik siyasi rəhbərlik edən Heydər Əliyev respublikanın, xalqın sosial-maddi durumunun, təhsilin, elmin, mədəniyyətin, sosial sahələrin, sosial rifahın, milli özünəinamın yüksəlişinə nail oldu, onların dayanıqlığını və irəliyə doğru hərəkətini təmin etdi, bununla da xalqı əvvəlki rəhbərlərin səhvlərindən dolayı yaranan siyasi, sosial, məişət, iqtisadi çətinliklərin məngənəsindən çıxara bildi.

1991-ci ildən sonra, müstəqillik illərindəki hakimiyyəti dövründə Heydər Əliyev müstəqil dövləti quru və gəlişigözəl sözlərlə, boş qazan kimi bərk səslənən və özünü doğrultmayan politoloji nəzəriyyələrlə, pafoslu-populist kabinet çıxışları ilə və publisust məqalələr yazmaqla deyil, siyasi, iqtisadi, sosial, hüquqi əsaslarla, milli mənliyi, milli dəyərləri, müsbət dövlətçilik təcrübəsini qorumaqla, milli maraqları reallaşdırmaqla, həm də işdə, əməldə, gerçək olaraq qura, formalaşdıra və möhkəmlədə bildi. Başlıcası, M.Ə.Rəsulzadədən başlayan dövlətçilik-ideoloji xəttini müstəqil və müasir dövlətin quruculuğunda davam etdirərək, AXC-nin əsl siyasi varisi kimi tarixə düşdü, AXC ilə bağlı qərar və tədbirləri ilə yanaşı, onun Azərbaycançılıq ideologiyasını yeni və müasir dövlət quruculuğunda yaşatdı, bu zəmində özünün müasir dövlətçilik konsepsiyasının təməl prinsiplərini həyata keçirdi. Yeni siyasi dövrdə Azərbaycançılıq ideyası ilə xalqı öz ətrafında birləşdirdi və onu dövlət quruculuğuna səfərbər etdi: "Yeni və müstəqil Azərbaycan uğrunda", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Müstəqillik Azərbaycan xalqının siyasi və tarixi nailiyyətidir", "Müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir"...  Heydər Əliyev tarixdə müstəqil Azərbaycan dövlətinin də, müasir Azərbaycançılıq ideoloji konsepsiyasının da yaradıcısı kimi əbədilik qazandı.    

 

- VI -

2003-cü ildən indiyə qədər respublikanın Prezidenti kimi dövlətin hüquqi, siyasi, iqtisadi, hərbi, mənəvi dayaqlarını möhkəmləndirməklə, elmi tərəqqini, elmi yaradıcı potensialı gücləndirməklə, ölkədə hüquqi-demokratik cəmiyyət formalaşdırmaqla və siyasi mədəniyyəti inkişaf etdirməklə, ölkənin beynəlxalq siyasi, diplomatik, iqtisadi, mədəni nüfuzunu tanıtmaqla, davamlı iqtisadi və sosial nailiyyətlərə və bütün sahələrdə inkişafa nail olmaqla, əhalinin mütləq əksəriyyətinin etimadını və dəstəyini qazanmaqla özünün layiqli siyasi varis olduğunu  təsdiqləyən cənab İlham Əliyev, Ulu Öndərimizin ideoloji çağırışlarını da fəaliyyətində daim rəhbər tutdu, qələbələrin rəhni ümumxalq birliyini təmin  edən bu müasir ideoloji təlim-nüvələrun dəyərini, əhəmiyyətini, nəticəsini öz siyasi, dövlətçilik fəaliyyəti ilə əyani sübuta yetirdi, öz çıxışlarında onlara dönə-dönə qayıtdı, öz çətin və şərəfli işində onların hər zaman işlək, yararlı ideya təlimləri olduğunu göstərdi.

 

- VII-


"Biz birlikdə güclüyük"
- həm də milli təhlikəsizliyimizin ideoloji silahıdır. İndi dünyanın koronovirus pandemiyası səbəbindən canlı itkilər yaşadığı, ölkələrin, fövqəldövlətlərin siyasi, iqtisadi, maliyyə və sosial tənəzzüllə üzləşdiyi çətin, mürəkkəb bir vaxtda ağıllı başlar daha bir təhlükə, ağır və çətin sınaqlar haqqında həyəcan siqnalı, xəbərdarlıq verirlər: dünyanı gözlərən postpandemiya dövrü. Əlbəttə, cənab Prezidentin "Biz birlikdə güclüyük" ideyası, ideoloji təlimi xalqımızı qarşıdan gələn çətin sınaqlara da hazırlayır, Azərbaycan xalqını öncədən bu təhlükələrə, çətinliklərə hazır olmağa, çətinliklərin üzərinə əlbir, həmrəy şəkildə getməyə səfərbər edir. Bu, sadəcə psixoloji hazırlığa hesablanan bir söz deyil, mahiyyət etibarilə Azərbaycanı, xalqı daha da möhkənləndirməyə və inkişafa hesablanan, milli birlik, milli təhlükəsizlik, milli əminlik, sabitlik yaradan, yeni nailliyyətlərə səfər edən güclü, real ideologiyadır - Azərbaycançılıq fəlsəfəsinin sadə xalq dilində ifadəsidir!     

 

- VIII-

 

Gənclərlə, müxtəlif peşə sahibləri ilə, müəllimlərlə, iş adamları ilə, alimlərlə, sənət adamları ilə, məmurlarla görüşlərində "bizim məqsədimiz hər bir vətəndaşın sosial rifahının yüksəldilməsidir, sabitliyi qorumaqdır, xalqımızın bütün problemlərini həll etməkdir, onun firavan həyatını təmin etməkdir", "gənclər müasir təhsilə, biliklərə yiyələnməli, öz səylərini Azərbaycanın inkişafına yönəltməli, vətəni sevməli, hər zaman, hər yerdə vətənin başını uca etməlidirlər", "dövlət hər bir vətəndaşın yanındadır" - deyə bəyan edən cənab Prezident İlham Əliyev daha bir fikri ilə məqsədyönlülüyə, milli və siyasi iradəyə, ümummilli həmrəyliyə, siyasi sabitliyə, dövlətçiliyin daha da möhkəmlənməsinə, Azərbaycanın daha da qüdrətli olmasına yönələn vahid milli ideya, vahid ideoloji platforma irəli sürdü: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

 

-IX-


- Milli-ideoloji yol xəritəmiz, bizləri gələcək nailiyyətlərimizə və qələbələrimizə aparan yeni ideya-təlim: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

- "Bir kərə yüksələn bayraq bir daha enməz!" – "Müstəqilliyi qorumaq, onu qazanmaqdan çətindir!" – "Müstəqillik xalqımızın ən böyük tarixi nailiyyətidir!", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" – "Heç bir ölkə bizimlə ultimatumla danışa bilməz", "Biz birlikdə güclüyük"! Azərbaycançılıq, dövlətçilik konsepsiyasının təməl ideyaları bunlardır.     

- Təklif edirəm ki, bütün orta ümumtəhsil məktəblərində Azərbaycanın Dövlət Himnindən sonra şagirdlərin xorla "BİZ BİRLİKDƏ GÜCLÜYÜK"  deməsi, onların dövlətçilik və milli mənlik tərbiyəsi üçün vacibdir. Bütün iş yerlərində səhər saat 9.00-də hamı ayaq üstə Azərbaycan Dövlət Himnini dinləsin və sonra hamı Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" səsinə qoşulub, bu çağırışı birlikdə desinlər. Bu çağırış Dövlət Himni ilə bərabər ölkəmizdə gündəlik iş rejiminin milli ideoloji tərkibi, fəaliyyətimizin, əqidəmizin ideya-normativ formatı-düsturu olsun.  

 

- X -

 

"Biz birlikdə güclüyük"! Bu, adi bir söz deyil, müasir Azərbaycanın milli və müasir dövlətçiliyinin sadə dillə ifadə olunan ideya-fəlsəfi bazisidir. Siyasi partiyalardan, ictimai təşkilatlardan gələn bütün digər avtonom ideoloji platformalar, habelə iqtidar və müxalifət partiyalarının proqram məqsədləri, həmçinin tolerantlıq, multikulturalizm kimi siyasi-mədəni konsepsiyalar,  əl tutmaq, təəssübkeşlik və xeyriyyəçilik kimi etik-mədəni ənənələr, bütün digər mövcud siyasi, sosial, fəlsəfi, hərbi yönümlü mövqelər və siyasi-fəlsəfi paradiqmalar indiki real şəraitdə bu ideoloji basizin üstqurumunu təşkil edirlər.

Bu, müasir ümummilli həmrəyliyin yeganə doğru-dürüst düsturudur; cəmiyyəti bütün sosial, siyasi, yaş, gender təbəqələri və növləri ilə birlikdə inkişafa və sabitliyə səfərbər edən real siyasi-ideoloji platformadır; güclü siyasi liderin bütün gücləri və güclüləri millətin, ölkənin, dövlətçiliyin inkişafına yönəldən müasir və aktual ideoloji tezisidir, onun güclü siyasi iradəsinin ideoloji anolojisidir.    

Ölkə başçısı cənab İlham Əliyev bu çağırışı ilə cəmiyyətdən gələn milli- siyasi, milli-sosial maraqlara, həmçinin toplumun müasir siyasi dünyagörüşünün tələblərinə olduqca çevik şəkildə reaksiya verdi, siyasi-fəlsəfi əsaslı müasir ideoloji modelini cəmiyyətə ötürdü. Bununla da, Azərbaycançılıq ideologiyasının daha bir müasir açar-formulunu, dayaq nöqtəsini, yeni bir baxış təlimini yaratdı: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Bu, Azərbaycan cəmiyyətinə, dünya Azərbaycanlılarına siyasi liderin tarixi çağırışıdır. Bu bir kəlmə M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" və Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" çağırışları qədər tarixi, siyasi, mənəvi əhəmiyyət, dəyər kəsb edərək, ideya və ideoloji mahiyyət səviyyəsinə yüksəldi. Prezidentin nitqlərindən birində irəli sürdüyü bu ideoloji paradiqma öz dövlətçilik-ideya gücünü, milli-ictimai əhəmiyyətini və siyasi-sosial aktuallığını elə həmin andan etibarən təsdiqlədi. Elə həmin andan bu kəlmə dillər əzbəri oldu, cəmiyyət tərəfindən müsbət qarşılandı, dəstəkləndi, əhalinin ürəyincə oldu və xalqın milli həmrəylik şüarına çevrildi.

 

- XI -

 

Sirr deyil ki, demokratik cəmiyyətimizdə fikir azadlığı ən müxtəlif siyasi-ideoloji mövqelərə, siyasi müxalifətə və onun sərt radikal baxışlarına, mətbuat və söz azadlığına, vətəndaşların fikir və mövqe müstəqilliyinə, müxtəliffikirliliyə, tolerantlığa hüquqi və mənəvi imkanlar verir. Bu müxtəliflik daxilində baş verən siyasi, mənəvi, sosial proseslərdə siyasi müxaliflik, mövqe ziddiyyətləri də yarana bilir ki, bu da tamamilə məntiqlidir.

Lakin bütün bu müxtəliflik və əkslikləri Azərbaycan naminə, milli inkişaf naminə bir ideya - Azərbaycançılıq, vətənçilik ətrafında toplaya bilən və fərqli, bəzən də ziddiyyətli mövqeləri vahid milli mövqe məcrasına yönəldə bilən güclü, konseptual siyasi çağırışa ehtiyaclı idi ölkəmiz. Bu durumda möhtərəm Prezidentimizin "Biz birlikdə güclüyük" ideyası cəmiyyətə, onun ən müxtəlif sosial, siyasi, etnik, gender, yaş kəsimlərinə vahid, bütöv milli maraq, milli birlik ideyası, ideologi model kimi hakim kəsildi.

İkinci tərəfdən, Prezidentin dövlət idarəçiliyində köklü islahatlara başlaması də cəmiyyətin siyasi maraqları və müasir dövrün yeniləşmə tələbləri ilə üst-üstə düşdü. Prezident Aparatında siyasi müxalifət partiyaların, müxtəlif sosial, milli, liberal təmayüllü partiyaların  nümayəndələri ilə aparılan görüşlər, onların təklif və iradlarının dinlənilməsi, ölkənin siyasi idarəetməsində nəzərə alınması - bütün bunlar müasir siyasi mədəniyyətin və vətəndaş cəmiyyətinin möhkənlənməsi, siyasi barış, sabitliyin qorunması və bütün güclərin vahid, ümumi milli maraqlara yönəlməsi baxımından ekspertlər, ayrı-ayrı siyasi partiyalar tərəfindən müsbət nəticələrə hesablanmış addım kimi qiymətləndirildi. Ardınca "Biz birlikdə güclüyük" çağırışı cəmiyyəti nikbin proqnozlara, dövlətçilik maraqları naminə milli həmrəyliyə, milli mənliyin intibahına, milli özünüdərkin siyasi fəallığına yönəltdi.

Bəli, illərdir Azərbaycanın siyasi iqtidarına, hakimiyyət dairələrinə xaricdən və daxildən nə qədər ədalətsiz tənqid, təhdid, ikili standartlar, təxribatlar (təəssüf ki, bəzən hətta təhqirlər) olsa belə, Prezident bütün bunlara qarşı əsl siyasi və milli lider kimi təmkin, demokratiklik, dözümlülük, humanistlik, praqmatiklik, uğurlu əməli işlər nümayiş etdirməklə dövlətin və hökumətin işlək mexanizmini, ölkənin siyasi sabitliyini qorudu, vətəndaş müharibəsinə aparan dağıdıcı yolları bağladı, bütün resursları ölkənin siyasi, iqtisadi, diplomatik və hərbi gücünün inkişafına və möhkəmlənməsinə, milli təhlükəsizliyin və sabitliyin pozulmamasına səfər etdi, Azərbaycana ölkə daxilində və xaricində  yeni-yeni nəticələr, nailiyyətlər qazandırdı. Belə bir dözümlülük, praqmatika, demokratiklik, xalqın siyasi iradəsini üstün tutmaq, humanizmə və siyasi-əxlaqi mədəniyyətə sahib olmaq, əslində, hər liderə, dövlət başçısına xas olan keyfiyyətlər deyil. Azərbaycan milli mədəni dəyərlər ölkəsi kimi, öz tarixi mədəniyyətini, mental keyfiyyətlərini, mədəniyyət irsini, dilini qoruyan və sevən bir ölkə, xalq olaraq, həm də emosional bədii vasitələrə, çıxışlara daha tez təsirlənən etnos olaraq, həmişə siyasi liderdən millətə sevgi, xalqa dərin bağlılıq, dəyərlərə bələdlilik və hörmət, tolerantlıq, milli birliyə sədaqət kimi xüsusiyyətlər gözləyir. Bu gözləntilərini isə cənab Prezident İlham Əliyevin nümunəvi dövlətçilik mövqeyində, dayanıqlı inkişaf siyasətində həmişə görür. Bu da təbiidir. Demokratiya, müasir dövlətçilik, inkişaf, sivil cəmiyyət tarixi-mədəni dəyərlərdən, milli-mental keyfiyyətlərdən, xalq-dövlət birliyindən kənarda mümkün olmur. Qloballaşma isə belə dəyələrin qənimidir, o, sivilləşmə adı ilə əslində vətənsiz, dəyərsiz, məqsədsiz, sərhədsiz əxlaq və davranışlar daşıyan kosmopolit cəmiyyət yaradır. Əslində, qloballaşma dünyanı sivil cəmiyyətə doğru deyil, bütün dəyərləri inkar edən və nəticədə dəyərsiz, mənəviyyatsız  dünyaya doğru aparan, "dəyərsizlik" dəyəri ilə yaşayan, ənənələrə malik olmayan, humanist və tərəqqipərvər milliliyi  inkar edən cəmiyyətləri yaradır. Belə cəmiyyətləri idarə etmək, onları mononəzarətdə saxlamaq  isə dünya gücləri üçün çox asandır. Azərbaycan, şükürlər olsun ki, belə qlobal "sivilləşmə", yəni dəyərsizləşmə, yaddaşsızlaşma, ayağı yerdən üzülən kosmopolitləşmə siyasətindən qoruna bilir. Əlbəttə, möhtərəm cənab Prezident belə bir çətin, mürəkkəb dünya düzənində Azərbaycan xalqını qloballaşmanın hər cür mənfi təsirlərindən, məqsədli təhdid, siyasi və hərbi terrorlardan qoruya bilirsə, xalqımıza və ölkəmizə sabitlik adlı çox böyük həyat, fəaliyyət, yaşam, xoşbəxtlik imkanı  yaradırsa, bizdən Prezidentimizə yalnız bircə kəlmə "sağ olun" demək mədəniyyəti, siyasi dəstək göstərmək iradəsi qalır. "Biz birlikdə güclüyük" çağırışı, daha çox isə ideyası bu baxımdan xalqımızı ölkəmizə, müstəqilliyimizə, birliyimizə və inkişafımıza qarşı çıxan, əngəl olan, dağıdıcı təsir edən bilən hər cür təhdid və əməllərdən, hər cür pozuculuq planlarından qorumağa dəvət edən yeganə doğru həmrəylik və birlik düsturudur.                                    


- XII -


Bir birlikdə güclüyük!
Azərbaycan xalqı bundan sonra da bütünlüklə bu tarixi çağırışa qoşulmalı, hər birimiz səylərimizi, əqidəmizi, gücümüzü, fəaliyyətimizi və məqsədimizi bu ideya ətrafında birləşdirməli, əqidəmizlə, əməlimizlə, fəaliyyətimizlə, mövqe və baxışlarımızla "Biz birlikdə güclüyük" ideyasına xidmət etməli, onu daim gerçəkləşdirməli, beləliklə də Azərbaycanımızı birlikdə qorumalı, vətəni işıqlı sabahlara, xoş günlərə, sabitliyə, yeni inkişaf və irəliləyişlərə doğru aparmalıyıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37