Arxiv
30 Aprel 2020, 15:30 | ANALİTİKA
İran körpüləri Azərbaycan ərazisinə müdaxilədir

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

İranlı diplomatlar yer kürəsinə göydən baxsalar, onun alınlarını gündə ən azı üç dəfə vurduqları möhür boyda olduğunu görəcəklər...

 

Uzun illərdir Azərbaycan toylarında "İran təranələri" rəqsinə sındıra-sındıra oynanılsa da, son günlər erməni işğalında qalan Cəbrayıl ərazisində Arazın üstündə qanunsuz tikilmiş İran körpülərinin fotoşəkillərinin mediada yayılması hər kəsdə İrana qarşı onsuz da az olan inamı və ümidi birdəfəlik sındırdı.

 

Bildiyimiz kimi Dağlıq Qarabağa yük daşıyan avtomobillərin videogörüntüləri və Araz üzərindəki İran körpülərinin peykdən çəkilmiş şəkilləri bu günlərdə gündəmə gəlsə də, əslində erməni işğalı nəticəsində Azərbaycan tərəfdən nəzarətsiz qalmış Cəbrayılda İranla Dağlıq Qarabağ arasında gediş-gəlişi, həmçinin iqtisadi-ticari əlaqələri həyata keçirmək üçün inşa edilmiş bu körpülər, o cümlədən Su Elektrik Stansiyaları heç də yeni bir məsələ deyil.

 

Baxın, hələ bir neçə il öncə Sosial şəbəkələrdə Araz üzərində İranla Azərbaycan arasında yerləşən Xudafərin körpüsünün bərpa olduğu iddia edilən şəkillər yayılmışdı. Bundan əlavə, 2001-ci ildə Arazın üstündə İranla Ermənistanın Azərbaycanla razılaşdırmadan SES tikmək planı rəsmi Bakı tərəfindən olduqca sərt qarşılanmışdı. Çünki, SES üçün tikiləcək nəhəng su anbarından İran və Ermənistanın həmsərhəd ərazilərində suvarma uçun kanallar çəkiləcəkdi və bu da Arazda suyun xeyli azalmasına səbəb olacaqdı.

 

Ancaq bir müddət sonra Tehran rəsmi Bakının icazəsi olmadan Xudafərin körpüsünün yaxınlığında Qarabağ erməniləri ilə əlbir olaraq 200 MBt gücündə Xudafərin Su Elektrik Stansiyasını inşa etdi və nəticədə gözlənildiyi kimi Arazın aşağıya doğru Azərbaycana axan hissəsində su xeyli azaldı.

Bir az geri dönüb yeni tarixə baxsaq görərik ki, bütün bunlar 1988-ci ildə İran və SSRİ arasında Araz çayı üzərində Xudafərin və Qız qalası suqovşaqlarının inşası ilə bağlı müqavilədən sonra başlayıb. Amma 1991-ci ildə SSRİ-nin dağılması və bu bölgədə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münqişəsinin yaranması layihəni həyata keçirməyə mane olmuşdu. Yalnız "atəşkəs" əldə olunduqdan sonra bu ərazinin işğal altında olması və qeyri-müəyyən hüquqi status daşımasına baxmayaraq İran Xudafərin SES-in tikintisini davam etdirdi.

 

Bu illər ərzində həm İran, həm də separatçı Qarabağ erməniləri özlərini Bakının etirazından qoruyaraq layihəni ictimaiyyətdən gizli saxlamağa çalışsalar da, ancaq 2009-cu ildə Tehranın SES üçün avadanlıq alınması barədə yerli İran mətbuatında yayılan məlumatlar fars və ermənilərin birgə oğurluğunun ömrünün 40 gündən artıq olmadığını təsdiqlədi. Erməni mənbələrinə isə inansaq təxminən 2010-cu ilin yazından Xudafərin Su Elektrik Stansiyasının anbarı doldurulub və həmin vaxtdan etibarən elektrik enerjisindən hər iki tərəf - İran və Qarabağdakı separaçı  rejim  artıq istifadə edir. Burada Xudafərin körpüsü ilə yanaşı, İran və Ermənistan Mehri və Qaraçılar Su Elektrik Stansiyalarının inşası da davam etdirilib.

 

Əslində diqqət etsək, Tehranın bu işləri rəsmi Bakının icazəsi olmadan reallaşdırması Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə tanımaqdan imtina və ya ona müdaxilə etməsi kimi görünür.

 

Ancaq maraqlı burasıdır ki, indiyədək Azərbaycan İrana həmişə yaxın qonşu, müsəlman qardaşlığı və dost gözü ilə baxaraq beynəlxalq arenalarda ona qarşı Qərb tərəfdən yönələn iqtisadi-siyasi sanksiyaların əleyhinə çıxış edib. Eyni zamanda, bir sıra ölkələrin qısqanclığına və bəzi hallarda təzyiqlərinə baxmayaraq iki ölkə arasında müxtəlif sahələr üzrə çoxsaylı iqtisadi-siyasi əməkdaşlığını davam etdirir. Təkcə İranla Azərbaycanı birləşdirən və beynəlxalq əhəmiyyətə malik olan Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi kimi nəhəng layihənin icra edilməsi buna açıq sübutdur.

 

Bundan başqa, elə Tehranın mövcud pandemiyaya qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta fondundan 5 milyard dollar istəməsinin ABŞ tərəfdən bloklanması və Ermənistan başda olmaqla ona heç bir ölkənin kömək əlini uzatmadığı bir məqamda, mümkün təzyiqlərin olabiləcəyinə baxmayaraq, bir o qədər böyük məbləğ olmasa da, amma Azərbaycanın dost və qardaş saydığı İran xalqına 5 milyon dollar kömək etməsini indiki vəziyyətdə diqqətdən kənarda saxlamaq olmaz.

 

Ancaq yuxarıda qeyd etdiyimiz bu qədər faktlar olan yerdə İran XİN-in müavini Abbas Araqçı və bu ölkənin Bakıdakı səfirirliyinin mətbuat katibi Seyid Əli Musəvinin baş verən son olayları təkzib edərək o videoların güya quraşdırma olduğunu, həmçinin burada üçüncü qüvvənin iki qardaş ölkə arasında münasibətləri pozmaq istəməsi kimi demələrində nə qədər səmimi olmaları inandırıcı deyil. Onlar bu qeyri səmimiliklə təsdiq edirlər ki, İran Azərbaycanla arasında əsrlərlə mövcud olan mədəni və dini "körpüləri" özü dağıdır, əvəzində ermənilərə beton körpülər tikir. Çünki indi sovet dövrü deyil və heç kim də "dovşanı araba ilə tutmur". Artıq internet dövrüdür, nəinki dovşanı, hətta "uçarda turacı, qaçarda ceyranı" da evdə oturaraq kompyuterin klavyaturası ilə tutmaq mümkündür.  

 

Ona görə də üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, əməldə saqqal altından Araz üstündən separatçı ermənilərə neft, işıq və digər lazımi məhsulları verən İran gərək Azərbaycanla öz arasında olan bu qədər iqtisadi-siyasi, dini, mədəni körpüləri ermənilərin ayağına döydürərək dağıtmasın. Ərazisində yaşayan təxminən 35-40 milyonluq Azərbaycan türklərinin nə vaxtsa qüzeyli qardaşları ilə birləşəcəyi xofundan azad olsun. İçindəki qısqanclığı boğub Azərbaycanın suveren dövlət olduğunu birdəfəlik olaraq həzm etsin. İran rəsmiləri unutmasınlar ki, sabah ABŞ onları öz "məngənəsinə" salanda elə ilk növbədə bir vaxtlar Əhmədi Necatla qucaqlaşıb ayrılmaq bilməyən Sarkisyan və Ruhani ilə görüşdə selfibazlıq edən Paşinyan həmin qanunsuz inşa edilmiş körpülərdən adlayaraq İrana arxadan ilk zərbə endirənlərdən olacaqlar. 

 

Bir də ki, bütün bu faktlarla razılaşmayan İranlı diplomatlar yer kürəsinə göydən - peyk vasitəsi ilə baxsalar onda onun heç də böyük olmadığını, təxminən alınlarını gündə ən azı üç dəfə qoyduqları möhür boyda olduğunu görəcəklər. Möhürə alınlarını qoyub yaradanına səcdə edənlər isə gərək anlasın ki, nə yeri, nə göyü, nə də onları yaradanı danmaq olmaz. Bu, günahdır. Nəinki Cəbrayıl, Qarabağ, Azərbaycan, hətta dünya boyda günahdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54 Xudavəng monastrına vaiz təyin olunub 5 Dekabr 2020, 13:45 Qarabağda Türkiyə ilə xüsusi iqtisadi zona yaradılsın - TƏKLİF 5 Dekabr 2020, 13:32 “Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu 5 Dekabr 2020, 13:24 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO 5 Dekabr 2020, 13:16 Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?