Modern.az

Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ

Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ

7 May 2020, 17:26

Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Modern.az-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.


O qeyd edib ki, bu il imtahanlar 1 mərhələdə keçiriləcək və proses iyulun 20-dən sonraya planlaşdırılıb.


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq.

M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:


Ali təhsil müəssisələrinə qəbul

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılır

- Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

- I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

- Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.


M.Abbaszadənin sözlərinə görə, magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir