Modern.az

Litvada çətinliyə düşən həmyerlilərimiz Azərbaycana qaytarılacaqlar

Litvada çətinliyə düşən həmyerlilərimiz Azərbaycana qaytarılacaqlar

10 May 2020, 16:58

“Fevral ayının 11-dən buradayıq. Bizdə izolyasiya işidir, bir də taxtabəndci. Bir müddət işlədik. Şirkətlə problemlərimiz yarandı. Ay yarımdır işsizik. İşdən çıxarılandan evdən də çıxarılmışıq. Maddi çətinliyimiz var. Ölkəyə qayıtmaq istəyirik”.

 

Modern.az bildirir ki, bunu fevralın 11-dən Litvada qalan və Azərbaycana dönməkdə çətinlik çəkən həmyerlilərimiz (Elnur Feyziyev, Rəşad Cəfərov, Amil Almazov, İlham Tağıyev, Rəşid Əkbərov və Rəşad Bəbirov) “Vətən uzaqda deyil” proqramında deyiblər.

 

Bu müraciətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı açıqlamasında bildirib ki, Vətənə qayıtmaqları üçün dövlətimizə müraciət edən həmyerlilərimizin problemi həllini tapıb və onlar mayın 11-də çarter reysi ilə Azərbaycana dönəcəklər.

 

Öz növbələrində, soydaşlarımız çətin vəziyyətə düşdükləri müddətdə göstərilən köməyə və çarter reyslərinin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir