Arxiv
20 May 2020, 13:36 | DİASPOR
Niderlanddakı Azərbaycan diasporu ən aktiv diasporlardan biridir - MÜSAHİBƏ

Elsevər Məmmədov: "Mürəkkəb situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq"


"Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir"


Koronavirus pandemiyası dünyanın demək olar ki, hər bir ölkəsinə öz mənfi təsirini göstərdi, ayrı-ayrı dövlətlərin sosial-iqtisadi həyatını iflic etdi. Bır sıra ölkələr səhiyyə sahəsində ciddi probıemlə yaşayıb insanlarının sağlamlığını istənilən səviyyədə qorumağa müvəffəq olmadığı, koronavirusun vətəndaşlarına təsirinin qarşısını ala bilmədiyi halda, bir başqa ölkələrin isə sözügedən virusun iqtisadiyyata təsirini minimum səviyyəyə endirməyə nail ola istiqamətindəki səyləri nəticə vermədi. Nəticə etibarilə həmin ölkələrin iqtisadiyyatı ciddi zərərlə qarşılaşdı. Bu da nəticə etibarilə insanların sosial həyatına təsirsiz ötüşmədi. Onu da qeyd etmək lazımdır ki, pandemiyanın ən ciddi zərər vurduğu bölgələr içərisində Avropa ölkələri ön sıralarda yer aldı. İtaliya, İspaniya, Almaniya kimi kifayət qədər inkişaf etmiş ölkələrin həm səhiyyə, həm də iqtisadiyyatı koronavirus qarşısında aciz qaldı. Koronavirus pandemiyasının qoca qitədə təsir göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Bəs görəsən, Niderland Krallığında yaşayan azərbaycanlılar bu vəziyyətdən nə dərəcədə əziyyət çəkdilər? Yaxud Krallıqda yaşayan soydaşlarımız, orada fəaliyyət göstərən diaspor təşkilatlarımıza Azərbaycan dövləti tərəfindən hansısa yardım edildimi? Bu və ya digər suallarla bağlı Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elsevər Məmmədov hazırda Niderland Krallığındakı Azərbaycan diasporunun vəziyyəti, dünyanın müxtəlif bölgələrində yaradılan Koordinasiya Şuralarının diaspor təşkilatlarımızın birlik və bərabərliyi, daha sıx birləşməsinə müsbət təsirləri barədə danışdıq.


- Elsevər  bəy, öncə bilmək istərdim ki, yaşadığınız ölkədə koronavirus pandemiyasının yayılma tendensiyası nə dərəcədədir və orada yaşayan azərbaycanlılar arasında virusa yoluxma halı qeydə alınıbmı? 

 

- Hal-hazırda Niderlandda koronavirus pandemiyasının yayılması 2-3 həftə əvvələ baxdıgımızda xeyli sayda azalıb. Yəni virusun yayılmasında azalma müşahidə olunur. Artıq may ayının 11-dən 12 yaşdan aşağı uşaqlar üçün məktəblər, futbol klubları və bir cox iş yerləri yenidən öz fəaliyyətlərinə başladılar. Artıq yavaş- yavaş hər şey öz keçmiş halına dönməyə başlayır. İyun ayının birndən sonra isə 12 yaşdan yuxarı uşaqlar öz dərslərinə başlayacaqlar. Niderland Krallığında yaşayan azərbaycanlılara gəlincə isə, soydaşlarımız arasında çox az sayda bu xəstəliyə tutulanlar oldu. Bizdə olan məlumata görə cəmi 2 azərbaycanlı bu virusa yoluxubdur.


- Məlumdur ki, pandemiya səbəbindən əksər ölkələrdə karantin rejimidir və iş yerləri bağlanıb. Təbii ki, bu durumdan Niderlandda yaşayan soydaşlarımız da sıxıntı keçirir. Onlara hansı formada dəstək və ya yardım göstərilir?


- Karantin regimi başladığı andan həm Beniluks Azərbaycanlıları Konqresi (BAK), həm də digər diaspora təşkilatları bu məsələyə çox ciddi yanaşdılar. Niderlandda yaşayan bir çox azərbaycanlılarla əlaqə saxlayıb, onlara necə dəstək ola biləcəklərini, onların nəyə ehtiyacları olduqları öyrənildi. Ehtiyacı olan insanlara hər cür dəstək ğöstərildi. Karantin zamanı başladığı andan Beniluks Azərbaycanlıları Konqresi (BAK) həm Azərbaycanda, həm də Niderlandda yüzlərlə aztəminatl ailələrə dəstək göstərdi. Mübarək Ramazan ayının son gününə qədər Azərbaycanda bu aksiyalarımız davam edəcəkdir. Belə mürəkkəb bir situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq.


- Diasporla İş üzrə Dövlət Komitəsi, yaxud Azərbaycan dövləti tərəfindən Niderlandda yaşayan azərbaycanlılara yardım edilibmi?


- Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir. Hər iki qurum dəfələrlə təşkilat rəhbərləri ilə əlaqə saxlayaraq Niderlandda yaşayan azərbaycanlılara hər cür dəstək ola biləcəklərini diqqətə çatdırıblar.


- Elsevər bəy, bəs hazırda Niderlandda Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?


- Avropada diaspora təşkilatlaının fəaliyyətinə baxdıgımız zaman, deyə bilərəm ki, Niderlanddakı Azərbaycan diasporası ən aktiv diasporalardan biridir. Ən əsası odur ki, buradakı diaspor təşkilatları, lazım olan zamanlarda çox çevik bir şəkildə bir araya gəlib, çox əhəmiyyətli məsələləri müzakirə edib, onu həyata keçirə bilirlər. Azərbaycan diasporasının formalaşma tarixinə baxanda, görürük ki, diasporamız hələ çox gəncdir. Amma gördüyü işlər heç də az deyil. Bizim fikrimizə görə, güclü diasporamızın olması üçün, hər bir təşkilatın alt yapısı möhkəm olmalıdır. Bizim bu gün başqa inkişaf etmiş dövlətlərin diaspora təşkilatlarının təcrübəsindən istifadə etməyimiz lazımdır. Buna misal Yahudi diasporasını deyə bilərəm. Onlar hər zaman deyirlər ki, güclü diaspora qurmaq üçün, əvvala həmin ölkədə diasporanın alt yapısı güclü olmalıdır. Alt yapı deyildiyində, yənı həmin ölkədə yaşayan öz millətlərindən olan körpələr üçün həftə sonu məktəbləri, idman məktəbləri, milli,mədəni və dini təhsil alma mərkəzləri fəaliyyət göstərməlidir. Əgər bunların hamısı lazımi şəkildə fəaliyyət göstərsələr, demək ugur qazanmanız qaçılmazdır.


- Son aylar Avropada yaradılan Koordinasiya Şuraları diasporamızın bir qədər də təşkilatlanması, birlik, bərabərlik şəklində fəaliyyət göstərməsinə nə dərəcədə təkan verir?


- Bilirsiniz, nəyisə yaradanda, əsas ona baxmaq lazımdır ki, bu qurum nə məqsədlə yaradılır və bu qurumun məqsədi, məramı və niyyəti nədən ibarətdir. Bizdə burada həmin prosesi müşayət etdiyimiz zaman görürük ki, Koordinasiya Şuralarının  yaradılmasında məqsəd Azərbaycan təşkilatlarının bir araya gəlmələri, bərabər fəaliyyət göstərmələri və gələcəkdə daha da güclü qurumlara çevrilmələrinə xidmət etməkdir. Ona görə də biz bunu ancaq alqışlaya bilərik. Beniluks Azərbaycanlıları Konqresi (BAK) olaraq hər zaman onlara dəstək verməyə davam edəcəyik. Çünkü burada amal birlik və bərabərlikdən gedir.


- Bəs diaspor təşkilatları olaraq Azərbaycan səfirliyi ilə yaxından əməkdaşlıq edirsinizmi?


- Təbii ki, həm Belçika Krallıgında, həm də Niderland Krallıgındaki səfirliklərimizlə çox sıx əlaqədə fəaliyyət göstəririk. Tam səmimi şəkildə deyə bilərəm ki, Belcika və Niderlandda yaşayan azərbaycanlılarımız bu məsələdə cox şanslıdırlar. Çünkü hər iki krallıgın səfirləri çox vətənpərvər insanlardır. Yüksək səviyyəli diplomat olmaqlarından başqa, həm də cox dəyərli insanlardılar. Hər iki diplomatik korpusun əməkdaşları azərbaycanlılar üçün əllərindən gələni etməyə çalışırlar. Bəzən başqa dövlətlərdə səfirliklərlə diaspora təşkilatları arasında problemlər müşahidə olunur. Lakin bizdə şükürlər olsun ki, hələ bu günə qədər heç bir zaman belə problem olmayıb.


- Avropada,  Niderlandda Azərbaycan həqiqətlərini yaymaq istiqamətindəki fəaliyyətlər sizcə yetərlidirmi və hansı uğurlara imza atılır?


- Uğurlarımız təbii ki, çoxdur. Amma biz daha da çox çalışmalıyıq. Yuxarıda göstərdiyim kimi, bu gün Azərbaycan diaspora təşkilatlarının alt yapısı güclü olmalıdır. Təsəvvür edin ki, bir binanın bünovrəsi zəif olsa, onun üstündə nə qursanız, o dagılmaga məhkumdur. Beniluks Azərbaycanlıları Konqresi(BAK) məsələyə bu prizmadan yanaşır. Ona görə də biz bu il Niderlandda "Qarabag İdman Klubunun" rəsmi qeydiyyatdan keçməsinə nail olduq. Bu il Rotterdam şəhərinin mərkəzində Beniluks Azərbaycanlıları Konqresinin(BAK) və Qarabag İdman Klubunun ofisinin rəsmi açılışını həyata keçirtdik. Klubumuzun nəzdində müxtəlif idman növlərindən başqa, həm də "Həftə sonu Ana dili dərsləri" keçirilir. Bu il Konqresimizin nəzdində Haarlem şəhərində "Körpə fidanlar" uşaq musiqili teatr qrupu da yaradıldı. Ümumiyyətlə, biz bu gün çalışırıq ki, hər sahədə irəliləyək. Bu gün bizim körpələr nə qədər Avropada yaşasalar da, öz millətinə baglı olmalıdırlar.


- Bəs bu ölkədəki erməni diasporunun Sizin fəaliyyətə mane olmaq kimi cəhdləri olurmu?


- Təbii ki, erməni diasporası hər fürsətdən məharətlə istifadə etməyi bacarır. Azərbaycan təşkilatlarının fəaliyyətlərinə manə olmağa çalışırlar. Üzülərək deyim ki, bəzən də buna nail olurlar. Buna misal olaraq ermənilər  Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkını şərləyərək məhkəməyə verdilər. Azərbaycan təşkilatları da hər vürsətdən istifadə edərək onların təxribatlarının qarşısını ala bilmişdi. Dəfələrlə Niderlanddakı supermarketlərdən "Artsach" markalı yeməklərin satışına manə olunmuşdur, film festivalında erməni filmi təqdimatdan çıxarılmışdır, turizm sərgilərində erməni təxribatı əngəllənmişdir, sözdə erməni soyqırımına abidə qoyulmasının qarşısı alınmışdır. Bundan başqa Bakı küçəsinin barelyefinin açılmışına nail olunmuşdur, Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Eyni zamanda Niderlandın azadlıgı ugrunda alman faşistlərinə qarşı savaşan Niderlandın Milli qəhramanı Medo ləqəbli azərbaycanlı Məmmədov Məmmədin xatirəsinə abidə ucaldılmışdır və  Oosterwij şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

Amma hesab edirəm ki, Azərbaycan diasporası bu gördüyü işlərlə kifayətlənməməlidir. Torpaqlarımız işgalda oldugu muddətcə biz durmadan çalışmalıyıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis 10 kiloqramdan çox narkotik götürdü 4 Avqust 2020, 16:02 Fəttah Heydərovla bağlı NEKROLOQ imzalandı 4 Avqust 2020, 16:00 Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır 4 Avqust 2020, 15:58 Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Prezident və birinci xanım Bakıda salınan yeni parkda - FOTOLAR - YENİLƏNİB 4 Avqust 2020, 15:40 Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur 4 Avqust 2020, 15:31 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21