Arxiv
23 May 2020, 13:09 | REPORTAJ
Rüstəm Usubov necə xatırlanacaq?...

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 il Baş prokurorun I müavini postunu tutan, II dərəcəli dövlət ədliyyə müşaviri, 66 yaşlı Rüstəm Usubov mayın 21-də vəzifəsindən azad olunub.

Qeyd edək ki, Rüstəm Usubovun adı bir sıra səs-küylü hadisələrdə hallanıb. Onun prokurorluq orqanlarındakı fəaliyyəti ilə bağlı rəylər birmənalı deyil.


Maraqlıdır, Respublika Prokurorluğunda 15 illik fəaliyyət göstərmiş Baş prokurorun I müavini necə xatırlanacaq?


Uzun illərdir Rüstəm Usubovla tanış olduğunu deyən, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a onun sadə bir insan olduğunu bildirib:


“Hələ Baş prokurorun I müavini olmamışdan əvvəl də Rüstəm Usubovu tanıyırdım. Rüstəm müəllim vəzifədən əvvəl də, vəzifədə olarkən də sadə idi. Hər zaman insanlar, mətbuat üçün açıq olub. Qeyd edim ki, hüquqşünas olmaq heç də hər zaman professional olmaq demək deyil. Hüquqşünaslarımız çox ola bilər, amma çalışdığı yerdə öz sahəsinə uyğun profesionallıq nümayiş etdirmək  tamamilə başqa şeydir. Mən Rüstəm müəllimi professional hüquqşünas kimi dəyərləndirirəm və hesab edirəm ki, o, professional istintaqçı idi. Ona görə də Baş prokurorun I müavini olaraq həmişə istintaqa nəzarət edirdi. Uzun illər hətta ölkədə səs-küylü cinayət işlərinin istintaqı Baş prokurorun nəzarəti də olmaqla, bilvasitə vəzifə bölgüsü ilə Rüstəm müəllimin rəhbərliyi altında həyata keçirilib, işlər açılıb, məhkəməyə göndərilib. Məndə olan məlumata görə, Rüstəm müəllim kollektiv içərisində də seçilən, sevilənlərdən, öz əməkdaşlarına diqqətlə, qayğı ilə yanaşanlardan olub. Bunların nəticəsidir ki, Rüstəm müəllim vəzifədən çıxarıldıqdan 1 gün sonra möhtərəm Prezidentimiz tərəfindən “Əməkdar hüquqşünas” adına layiq görülüb. Belə hesab edirəm ki, Rüstəm müəllimin yaşı, savadı, fiziki durumu imkan verir ki, onun təcrübəsindən digər sahələrdə də istifadə edilsin. Düşünürəm ki, prokurorluq orqanı işçiləri, hüquqşünaslar, bu və digər formada müəyyən mənada Rüstəm Usubovla yolu kəsişən hər kəs onu xoş xatırlayacaq. Bundan sonrakı fəaliyyətində ona uğurlar, can sağlığı arzulayıram”.


Bu mövzuda ətraflı danışmaq istəməyən keçmiş Baş prokuror Əli Ömərov hər şeyin qiymətini xalqın verəcəyini bildirib:


“Mən ancaq özüm barədə danışa bilərəm. İndi insanlar məni görəndə salamlaşır, halımı soruşurlar, çaya dəvət edirlər. Bilmirəm indi onlar haqqında da bunları deyəcəklər, yoxsa yox, bunu xalq bilər. Mənim bu sahədə çalışmış biri kimi Rüstəm Usubov haqqında fikir bildirməyim yaxşı deyil. Xalqın gözü tərəzidir, hər şeyin qiymətini özü verəcək”.


Hüquqşünas Aslan İsmayılov
isə Baş prokurorun sabiq birinci müavini barədə müsbət fikirdə deyil:


“Mən dəfələrlə fikir bildirmişəm, o səbəbdən də çox danışmaq istəmirəm. Amma Rüstəm Usubov Azərbaycan Respublikasının son 20 ilində bütün qanunsuzluqların birbaşa qərar qəbul edəni və icraçısıdır.

Sabiq Baş prokuror Zakir Qaralovun başı biznesə qarışdığından, Respublika Prokurorluğunun bütün fəaliyyətini Rüstəm Usubov yönləndirirdi. Rüstəm Usubovun Baş prokurorun birinci müavini yox, elə prokurorluq orqanlarında olmasının özü bir təsadüf idi. Hələ Xətai rayonunda işlədiyi vaxt qanunsuz əməllərinə görə, Rüstəm Usubovun haqqında cinayət işi qaldırılmışdı. Onun haqqında ədalətli araşdırma aparılsa, onlarla cinayət işi qaldırılmalıdır. Ona görə də belə bir adama həm də “Əməkdar hüquqşünas” adı verilməsinə qəti razı deyiləm”.


Xatırladaq ki, R.Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı Şəhər Prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilmişdi.
İki il əvvəl «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04