Modern.az

Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

26 May 2020, 23:29

Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini artırıblar.

Modern.az  xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb. Hazırda onların 454 milyard ABŞ dolları var.



Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına qədər artıb.

 

 

Potanindən sonra ikinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır.

 





“Seevrstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).

 



Nəşrin bildirdiyinə görə, birjaların bərpası sayəsində Rusiyada milyarderlərinin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı