Modern.az

ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu

ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu

27 May 2020, 08:37

ABŞ və Rusiya qarşıdurması 6 beynəlxalq təhlükəsizlik müqaviləsinin pozulması isə nəticələnib.
Modern.az xarici KİV-ə istinadən pozulmuş təhlükəsizlik müqavilələrinin siyahısını təqdim edir: 

 

  1. Raket əleyhinə müdafiənin məhdudlaşdırılması ilə bağlı müqavilə

 

Bu müqavilə 1972-ci ildə Moskvada L. Brejnev və R. Nikson tərəfindən imzalanıb. Müqaviləyə əsasən, üzv ölkələrə özlərinin Raket Əleyhinə Müdafiə sistemini hazırlamaq qadağan edilirdi. Müqavilə 30 il qüvvədə qalır. 2001-ci ilin dekabrında C. Buş ABŞ-ın müqavilədən çıxdığını bəyan edir və bundan yarım il sonra şərtlərə əsasən, razılaşmaya son qoyulur.

 

  1. Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi

Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi 1990-cı ildə Parisdə bağlanmışdı. Bu sazişə NATO-ya üzv 16 ölkə və Varşava Müqaviləsi Təşkilatına üzv olan 6 ölkə imzalamışdı. Bu müqaviləyə görə ölkələrin bloklar arasındakı sərhədlərdə bərabər sayda hərbi texnikası və silahları olmalıdır. NATO-nun əhatə dairəsi genişləndiyindən və VMT rəsmi olaraq ləğv edildiyindən 1999-cu ildə müqavilənin yenilənmiş variantı imzalanır. 2007-ci ildə Rusiya Şərqi Avropa ölkələrinin çoxunun NATO-ya üzv olmasını səbəb gətirərək müqaviləni icra etməkdən imtina edir. Buna cavab olaraq, 2011-ci ildə ABŞ da müqaviləni pozur.  

 

  1. Bioloji və Toksin Silahına dair Konvensiya

Bakterioloji və toksin silahlarının hazırlanmasına, istehsalına və ehtiyata yığılmasına qadağa qoyulması və məhv edilməsi haqqında konvensiya 1972-ci ildə imzalanıb, 1975-ci ildə isə qüvvəyə minib. Hazırda müqaviləyə qoşulan 163 ölkə konvensiyaya əsasən, bioloji silah istehsalından və toplamasından imtina ediblər. ABŞ 1972-ci ildə konvensiyanı təsdiqləsə də , 2001-ci ildə ölkə höküməti konvensiyanın qarşılıqlı kontrol mexanizmini nəzərdə tutan protokolundan imtina edirlər.

 

  1. Orta və Qısa Məsafəli Raketlərin Ləğvi Haqqında müqavilə

 

Müqavilə 1988-ci ildə qüvvəyə minib. Bu razılaşma orta və qısa məsafəli  ballistik və yerüstü qanadlı raketlərin istehsalını, sınaqdan keçirilməsini və işlədilməsini qadağan edir. Bu saziş Avropada silahların yerləşdirilməsi məsələsini tənzimləyirdi. 2018-ci ildə Tramp administrasiyası müqavilədən çıxmağa hazırlaşdığını bildirir. Səbəb olaraq, Rusiyanın müqaviləni pozduğunu göstərirlər. Rusiya tərəfi isə qəti olaraq ittihamları qəbul etmir. Amma ABŞ fikrindən geri çəkilmir. Belə olan halda Rusiya müqaviləni tərk edir və bu növ yeni silahlar istehsal edəcəyini bildirir. Bununla belə, Avropada ABŞ-ın analoji silahı olmadığı halda, Rusiya da o ərazidə belə silahlar yerləşdirməyəcəyini bəyan edir.    

 

  1. Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi
      

Adıçəkilən müqavilə 1970-ci ildə imzalanıb və Kuba, Hindistan, Pakistan,  İsraildən başqa, demək olar ki, bütün dünya ölkələri tərəfindən dəstəklənib.  Sazişin strateji məqsədi nüvə silahından imtina edilməsidir. Bununla yanaşı, razılaşmaya görə tərəflər həm də bu silaha malik olmayan ölkələrə qarşı nüvə silahı tətbiq edə bilməzlər. Rusiya rəsmilərinin bəyanatına görə, ABŞ  Avropanın 5 ölkəsinə nüvə silahı yerləşdirib və bu, beynəlxalq müqavilənin kobudcasına pozulması deməkdir.  

 

  1. Açıq Səma Müqaviləsi

 

2002-ci ildə qüvvəyə minən bu müqaviləyə isə 34 ölkə qoşulub. Razılaşmaya görə müqaviləyə üzv ölkələr bir0birinin ərazisinə uçuşlar edə və silahlı qüvvələr haqqında məlumat toplaya bilərlər. Bu müqavilə beynəlxalq təhlükəsizliyin əsası hesab edilir. 2020-ci ildə ABŞ razılaşmaya son qoyacağını bildirib. Bu dəfə də ABŞ Rusiyanı müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırıb.       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi