Modern.az

Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu

Aktual

29 May 2020, 12:06

Ermənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü