Arxiv
31 May 2020, 10:40 | AKTUAL
Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutulub.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Modern.az-a verilən birgə məlumatda qeyd olunur ki, mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-21063” markalı 10-FT-972 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü İsmayılov Arzu Xanoğlan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46