Modern.az

Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...” 

Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...” 

31 May 2020, 12:25

“Bu saziş Azərbaycan tarixində ən əhəmiyyətli sənədlərdən biridir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, bu sənəd uzun illərdir müzakirə edilirdi:

 

“Bu proses nəhayət ki baş verdi. Bunu İranla da tətbiq etmək olar. Ancaq Bu yalnız İran Ermənistana verdiyi dayandırdığı halda baş verə bilər. Ancaq Türkiyədə çalışan insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetirməliyik. Eyni zamanda orada 10 minlərlə azərbaycanlı uşaqlar sənədi olmadığına görə təhsil ala bilmir".

 

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına çıxışı yoxdur, Azərbaycanla birbaşa quru yol yoxdur:

 

“Ancaq Türkiyə ilə gediş-gəliş və iş məsələsi var. Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır. Biz Azad İqtisadi zonalar yaradırıq. Balaca bölgəni biz bu cür edə bilmərik?! Əlbəttə edə bilərik. Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, gəmilər, iri ticarət mərkəzləri açılır, ancaq təyyarə yox. Metroda sıxlıq təyyarədən 3 dəfə çoxdur. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü