Modern.az

“Renault”un 8 minədək işçisi nümayiş keçirdi

“Renault”un 8 minədək işçisi nümayiş keçirdi

31 May 2020, 19:28

Fransada “Renault” avtomobil zavodunun 8 minədək işçisi nümayiş keçirib. Dövlətin stimullaşdırma planı çərçivəsində 5 milyard avro yardımına baxmayaraq, “Renault” 15 min işçisini ixtisar edib.

 

Modern.az xəbər verir ki, “Renault” avtomobil zavodu 3 il ərzində 2 milyard avro qənaət planı çərçivəsində dünyada 15 min, Fransada isə 4600 iş yerinin itirildiyini təsdiqləyib.

 

COVID-19 virusuna yoluxmaq təhlükəsi zavodun bağlanmasına etiraz olaraq 8 minədək işçinin nümayiş keçirməsinə mane olmayıb.

 

“Renault”un ən böyük səhmdarı olan Fransa dövlətinin (15 faiz) zavodu xilas etmək cəhdləri müsbət nəticə verməyib. Zavodun 2019-cu ildən çətinlikdə olduğu bildirilib.

 

Qeyd edək ki, “Renault-Nissan-Mitsubishi” alyansı 2017-ci ildə dünyanın aparıcı yüngül avtomobil istehsalçısı olub. Ancaq alyansın sabiq rəhbəri Karlos Qonun həcm və nəhənglik uğrunda yarışı gözlənilməz 2018-ci il sərt dönüşü ilə üzləşir və qrup iflasa uğrayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır