Modern.az

Şura yeni qrant müsabiqəsi elan etdi

Şura yeni qrant müsabiqəsi elan etdi

Aktual

2 İyun 2020, 14:30

Şura 7 qrant müsabiqəsi elan edir.

 

Modern.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq sahə üzrə ixtisaslaşmış QHT-ləri qarant müsabiqələrində iştirak etməyə dəvət edir.

 

Şura qrant müsabiqələrinin 4-ünü dövlət qurumları (Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) ilə birgə həyata keçirir.

 

Qrant müsabiqələri üzrə QHT və layihə sənədlərinin qəbulu 2-22 iyun 2020-ci il tarixlərində elektron qaydada həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır