Arxiv
4 İyun 2020, 13:05 | MÜSAHİBƏ
Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 66 yaşını tamamladı.
3 iyun 1954-cü il tarixində Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olan siyasətçi ötən gün qeyd edtdiyi yubiley təəssüratlarını Modern.az-la bölüşüb. Sərdar Cəlaloğlunun saytımıza müsahibəsini təqdim edirik:


- Sərdar bəy, 66 ildə qazandıqlarınızı, itirdiklərinizi gözünüzün önündən keçirimsinizmi?

- Hərə dünyaya gələndə bir ideyanı həyata keçirmək üçün Allah tərəfindən təyinatlandırılıb. Sadəcə,  insanın vəzifəsini, həmin ideyanın nədən ibarət olduğunu müəyyənləşdirmək, bunu həyata keçirmək lazımdır. Mənə elə gəlir ki, yaradılma səbəbimə uyğun bir yol seçmişəm. Vəzifəmi də yerinə yetirməyə çalışıram. Nəticələrini ortaya qoya bilməsəm də, çox ciddi işlər görmüşəm. Ölkədəki vəziyyət, maddi çətinliklər və s. nəticələri ortaya çıxarmağıma şərait yaratmayıb. Dünyada ilk dəfə metafizika ilə bağlı kitab yazıb, bu elmi sistem halına salmışam. Kitablarım, minlərlə elmi məqalələrim, araşdırmalarım dərc olunub. Azərbaycanda bu gün də fəaliyyət göstərən partiyanın inkişafında müəyyən xidmətlərim olub. 30 ildir fəaliyyət göstərən bir qəzetin işıq üzü görməsində müəyyən xidmətlərim olub. Bu yaşıma qədər fəaliyyətimi üst-üstə toplayanda görürəm ki, bir insan üçün vəzifələr bundan çox ola bilməzdi. Çata bilmədiyim məqsədlərim, niyyətlərim də olub, amma bunlar da obyektiv səbəblərdən baş tutmayıb. Yüksək elmi dərəcə almaq, hakimiyyətdə təmsil olunmaq və s. məsələlərə nail olmamışam.


- Bəs bundan sonrakı planlarınız nə olacaq?

- İndi yarımçıq qoyduğum işlərimi başa çatdırmalıyam. Bundan sonra da vacib hesab etdiyim layihələr olsa, həyata keçirə bilərəm. Amma indiyə qədər gəldiyim yolu dəyişdirmək fikrim yoxdur.


- Siyasətdən yorulmusunuzmu?

- Siyasi liderlərin taleyinə baxsanız görərsiniz ki, 80-90-100 il yaşayırlar, ömürlərinin sonuna qədər də siyasətdə olurlar. Əslində siyasətdə olan insan yaşlandıqca, dünyaya daha çox töhfə verir. Ona görə, düşünürəm ki, insanın yaşı artdıqca, fərdi maraqlar nisbətən azalır və siyasətə bağlanır. İnsanın ictimai maraqları önə çıxır.


- Düşünürsünüz ki, siyasətdə olmaq sizə də uzun ömür bəxş edəcək?

- Dediyim kimi, siyasətçilər, alimlər bir qayda olaraq, uzunömürlü olurlar. İnsan ictimai varlıq kimi yaşayanda bioloji ömründən artıq bir ömrə sahib olur. Həm fiziki, həm mənəvi olaraq belə olur. Ona görə, siyasətlə məşğul olmağın ömrü uzatdığını iddia edə bilərik.


- Ailənizə, nəvələrinizə bundan sonra daha da çox vaxt ayırmağı düşünürsünüzmü?


- Bundan sonra yox, elə bundan əvvəl də onlarla bacardığım qədər məşğul olurdum. Hər bir canlı, hətta heyvanlar belə bioloji tələbdən irəli gələrək, övladları ilə vaxt keçirirlər. Öz yaxınları ilə bir yerdə yaşamaq, vaxt keçirmək insan üçün böyük bir nailiyyət, bacarıq, üstünlük deyil. Sadəcə, hər kəsə xas olan instinktiv meyldir.

O zaman ki, siz tək bioloji varlıq kimi deyil, həm də ictimai varlıq kimi düşünürsünüz, onda həqiqi insana, sosial varlığa çevrilirsiniz. Mən isə lap uşaqlıqdan daha çox ictimai həyatda olmuşam. Şəxsi həyat məni o qədər də maraqlandırmır. Uşaqlarım da mənim apardığım siyasətin nəticələrindən bəhrələnəcəksə, elə onlara da xidmət etmiş olaram.


- Nail olmaq istədiyiniz ən böyük məqsədiniz, niyyətiniz nədir?

- Nobel mükafatı almağı arzulayıram. Çox istəyərdim ki, təkcə özümə görə deyil, elə Azərbaycan xalqının da elm cəhətdən üstünlüyünü sübut etmək üçün Nobel alım.

İkinci məqsədim isə dəyişməz qalır. Millətimin yanında olmaq, dost-düşmənin kim olduğunu tanıtmaq, doğru hesab etdiyim yolu təbliğ edərək, milləti bu yolla getməyə təşviq etməkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:45 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29