Arxiv
9 İyul 2020, 09:00 | REPORTAJ
Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ

Sovet kino aktrisası İren Azər qeyri-adi görünüşü ilə diqqət cəlb edirdi. Bəziləri onu “Şərq şahzadəsi” adlandırır, digərləri isə Hollivud ulduzu Merilin Monro ilə müqayisə edirdilər. Fransız adı və Azərbaycan mənşəli soyadı ilə populyar olan xanım aktrisanın maraqlı həyat yolu olub. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinodan uzaqlaşan sarışın aktrisa hələ də postsovet məkanında sevilir.


Modern.az
saytı İren Azərin həyat yoluna qısa işıq salır…

İren Azər 1949-cu il sentyabrın 19-da Bakıda anadan olub. Onun atası polyak əsilli təyyarəçi Yofan Bakıda hərbi aerodromlardan birinə çalışırdı. O, əslən Kuban kazaklarından olan Liliya Georgiyevna ilə sevgili idi. Bu münasibətdən də İren anadan olmuşdu.
Uşaq doğulandan bir müddət sonra Yofan vətəninə - Polşaya dönməyə məcbur olsa da, qızına İren adını verməyə imkan tapmışdı. Liliya Georgiyevna isə əri ilə Bakıdan Polşaya getmək istəməyərək, burada qaldı. O, İkinci Dünya Müharibəsində aktiv iştirak etmişdi.  


İren adı ilə qeyri-adi səslənən Azər soyadı isə qıza atalığı, əslən Cənubi Azərbaycandan olan general, İran şahı Məhəmməd Rza Pəhləvinin şəxsi düşməni Əbdülrza Azərdən keçmişdi. İranda barəsində ölüm hokum kəsilən Əbdülrza SSRİ-yə qaçmaqla həyatını xilas etmişdi. Bakıda kazak qızı Liliya ilə tanış olan və onunla ailə quran iranlı general İreni də övladlığa götürmüşdü.
Qızlığını xüsusi qayğı ilə “Güləndər” adlandıran Əbdülrza arvadı Liliyanı da “Leyla” deyə səsləyərdi. O, İranın qədim və nüfuzlu zadəgan nəsilindən idi və ailəsinə qayğı göstərir, qızlığı üçün Bakıdakı evinin həyətində fəvvarə tikdirmişdi.
Sonralar Əbdülrza Moskvada Şərqşünaslıq İnstitutunda müəllimliyə başladığı üçün ailəsini də ora köçürür. Beləliklə, İren balaca yaşlarından Moskva mühitinə düşür.

16 yaşından artıq öz uca boyu, sarışın gözəlliyi, rəngli gözləri və davranışı ilə yaşıdları arasında seçilirdi. Moskva Moda Evinin direktoru Viktor Moskovski onu maneken olmağa dəvət edir.  İren 1977-ci ildə qədər - 12 il model kimi çalışır.



Amma onu əsl uğur modellik sahəsində deyil, kinoda gözləyirdi. 1968-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan İren Azər Sergey Gerasimovun qrupunda kino sənətinin sirlərini öyrənir.  Onun kurs yoldaşıları Sovet kinosunun gələcək simasını müəyyənləşdirəcək Niklolay Yeremenko, Təlqət Niqmatulin, Vadim Spiridonov, Sergey Nikonenko, Nina Maslova və başqalarından ibarət idi.

İrenin karyerası 1966-cı ildən ““13 stul” qəlyanaltıxanası” serialından başlayıb. O, serialda eyni zamanda 2 rolda (Olqa və Karolina) öz bacarığını nümayiş etdirmişdi. Amma aktrisanı populyarlaşdıran növbəti ekran işi “Azadlıq: Alovlu qövs” filmi olur. Filmdə o, rabitəçi Tanya rolunu canlandırır və sonradan bir neçə dəfə bu rola qayıdır.

70-ci illər İren Azərin yaradıcılığına daha bir uğurlu obraz - “Böyük dəyişikliklər” 4 seriyalı komediya filmində yaratdığı cazibədar Lyuska olur. Baş qəhrəman Gena Lyapişevin ağlını başından alan gözəlçə siması İren Azərə o qədər yaraşır ki, onu “SSRİ-nin Merilin Monro”su adlandırırlar.


1972-ci ildə rejissor Stanislav Rostotski gənc aktrisaya “Şəfəqlər burada sakitdir” filminin ssenarisini göndərir. Rejissor bakılı qızı Rira Ovsyanina rolunda görürdü. Amma aktrisa bu rola razılıq vermir.

Nəticədə, onun kurs yoldaşı İrina Şevçuk həmin rolu canlandırır. “Şəfəqlər burada sakitdir” ikiseriyalı bəddi film ekranlara çıxdıqdan sonra ümumittifaq populyarlığı qazanır, filmin baş qəhrəmanları da bir anda  məşhur olurlar. Kim bilir, bəlkə də İren Azər bu rolu qəbul etsəydi, onun kino karyerası tamam başqa istiqamətdə gedəcəkdi. Roldan imtina olunmasında İren Azərinin əri, jurnalist Yuri Şvartsın da rolu olub.

 

Yaradıcılığının sonrakı illərində İren Azər “Akvanavtlar”, “Ağ qu quşularına atəş açmayın”, “Sirli farvater”, “Əziz oğlan” və “Rezidentin qayıdışı” kimi filmlərə çəkilir.
O, “Böyük dəyişikliklər”də yaratdığı Lyuska obrazını fərqli canlandırır. Amma bütün bu rollara rəğmən İren Azərin aktyor potensilaını tam çılpaqlığı ilə sərgiləyəcək obraz təklifi ona heç vaxt verilmir.


80-ci illər İren Azərin karyerasında sonuncu uğurlu il olur. 1986-1991-ci illəri əhatə edən “yenidənqurma dövrü”ndə o daha 7 filmdə rol alır.


1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinosənaye də ciddi zədə alır. Artıq filmlərə çağırılmayan aktrisa profilini dəyişərək, ticarətə keçir. Piştaxta arxasına keçərək qadın alt paltarlarının satışına başlayır. Bu dövrdə əldə etdiyi qazancadan narazı olmasa da, onu tanımasınlar deyə parik və Günəş eynəyi ilə kimliyini gizlədir.

 

B
u məqamda aktrisanın şəxsi həyatına da nəzər salmaq lazımdır. Çoxsaylı pərəstişkarları arasında o, jurnalist Yuri Şvartsla olmağı seçir. Oxumuş, maraqlı və xarizmatik biri olan Yuri ilk görüşdən aktrisanın ağlını başından alır.

Amma sənət adamlarının həyatında tez-tez rastlaşdığımız problem – xəyanət Şvarts-Azər cütlüyündən də yan keçmir. Yuri Şvarts evdə onu yaraşıqlı həyat yoldaşının gözləməsinə baxmayaraq, davamlı olaraq ona xəyanət edir, məşuqələri ilə görüşlərə gedir.

“Akvanatlar” filminin çəkiliş meydançasında tanış olduğu aktyor German Poloskov İreni də həyat yoldaşından soyudur. Qarşılıqlı mübahisələr və xəyanətlər Yuri Şvarts-İren Azər cütlüyünün ayrılmasına səbəb olur. Bu izdivacın əsas müsbət tərəfi 1975-ci ildə anadan olan Viktoriya adlı övladları olur.

 

Qayıdaq 90-cı illərə. 1991-ci ildə artıq boşanmış, himayəsində azyaşlı övladı olan, həyat yolunda çoxsaylı eşq macəraları yaşamış, karyerasının ən aşağı nöqtəsinə çatmış İrenanı yeni sınaqlar gözləyirdi. Aktrisanı iş ortaqlarından biri böyük məbləğdə pul vəsaiti ilə aldadır, sonra onda Hepatit C aşkar olunur, 2002-ci ildə isə 45 yaşlı kiçik bacısı Dilarəm Azər öz həyatına qəsd edir. Bacısı ilə çox yaxın olan İrena Azər dərin depressiyaya qapılır, içkiyə qurşanır.

 

Qızı Viktoriyanın evləndikdən sonra ABŞ-a köçməsi və bir neçə il sonra anasını da yanına çağırması İren Azərin həyatında növbəti – bu dəfə stabil mərhələnin başlanması demək idi. Günəşli Kaliforniya ştatında qızı Viktoriyanın ailəsi ilə yaşayan keçmiş aktrisa vaxtını Oskar və Yura adlı 2 oğlan nəvəsi ilə  keçirir. Nənə status almış 71 yaşlı İren Azər aktrisa kareyrasını nə Rusiyada, nə də ABŞ-da bərpa edə bilir, amma o, bundan zərrə qədər də narahat olmadığını, sakit, qayğısız yaşadığını deyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:12 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32