Modern.az

Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU

Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU

10 İyul 2020, 08:24

Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə koronavirus infeksiyası aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

 

Janin Anyes "Twitter"dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət nəticə verib.

 

"COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!