Arxiv
13 İyul 2020, 12:00 | ANALİTİKA
Fərid Şəfiyev: “Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır” - ŞƏRH

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Silahlı Qüvvələrinin ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatı şərh edib.

Modern.az onun şərhini təqdim edir:


- Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatla əlaqədar Azərbaycan Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin və Xarici İşlər Nazirliyinin  müvafiq bəyanatlarında ətraflı məlumat və şərh verilib.

Bu təxribat göstərir ki, Ermənistan nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu  ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır. Mərkəzimiz hələ 2019 -cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, Yerevan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətlərini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib.

Daha sonra aprel-may aylarında COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə tərəfimizdən proqnoz verilmişdi. Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, Yerevan üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir.

Belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgələrində etimad tədbirləri (confidence building measures) yalnız status quo-nun saxlanılmasına xidmət edir.

Eyni zamanda, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi Prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir.          

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11