Arxiv
14 İyul 2020, 15:17 | PARLAMENT
Azərbaycanlı deputat cəbhədəki vəziyyəti britaniyalı deputatlarla müzakirə etdi

Azərbaycan - Böyük Britaniya parlamentlərarası İşçi Qrupunun virtual iclası keçirilib. İclasda Azərbaycan Parlamentində Böyük Britaniya ilə dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli  səfiri Tahir Tağızadə, Britaniya Parlamentində Azərbaycan üzrə işçi Qrupun sədri, deputat Bob Bləkmən və Qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak ediblər.         


Modern.az xəbər verir ki, görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında britaniyalı deputatlara ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılıb.
Bob Bləkmən Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləyib və Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edib. Görüşdə iştirk edən digər deputatlar Lord Evans, Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemiya dövründə təxribat törətməsinin səbəbləri, qonşu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar veriblər.           

         
Millət vəkili Cavanşir Feyziyev britaniyalı həmkarlarına bildirib ki, sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil.

“Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır”.

Deputat qeyd edib ki, erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır və hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur. 


Səfir Tahir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək, vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirib. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq, mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə edib. Səfir T.Tağızadə Azərbaycan Prezidentinə istinad edərək qeyd edib ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə  çətinləşir. 


Görüş zamanı həmçinin Azərbaycanda aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hökümət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə əldə edilən uğurlar, eləcə də pandemiyaya qarşı mübarizədə Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılıb.          


Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyi millət vəkilimiz və səfirimiz tərəfindən yüksək qiymətləndirilib və Britaniyanın regionda sülhə dəstək vermək üçün atdığı addımların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.         


Görüşün sonunda Britaniya Parlamentində Azərbaycan üzrə İşçi Qrupu üzvlərinin Azərbaycana səfər etmək imkanları müzakirə edilib və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə Britaniyalı deputatların Azərbaycana səfərinin təşkil edilə biləcəyi qərara alınıb. İşçi Qrupun növbəti video-görüşünün sentyabr ayında keçirilməsi tərəflər arasında razılaşdırılıb.

Onu da xatırladaq ki, Parlamentlərarası İşçi Qrupun Britaniya parlamentində 50-dən çox üzvü var. Həmin deputatların yarısından çoxu hakim Mühafizəkarlar Partiyasını, bir hissəsi Leyboristlər Partiyasını, bir hissəsi isə digər partiyaları təmsil edir. Böyük Britaniya-Azərbaycan Parlamentlərarası İşçi Qrupu Britaniya Parlamentində ən çox üzvə malik qruplardan biridir.     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54 Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan YAZDI 17 İyun 2021, 16:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?