Arxiv
26 İyul 2020, 22:35 | ANALİTİKA
Minsk qrupunun bəyanatı ilə Paşinyanın 7 şərti həmahəngdir

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

Ermənistanın Tovuz təxribatından sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı ilə Paşinyanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü 7 şərtin həmahəng olması heç kimi təəccübləndirməməlidir. Çünki, əvvəlki Ermənistan rəhbərlərindən tutmuş indikinə qədər Dağlıq Qarabağ işğalının çözülməsinə həsr edilmiş danışıqlarda əsas məqsəd nala-mıxa vurmaqla vaxt udmaq idisə, bu qrupun da əsas işi başaldadıcı "sülh yolu" adı altında onların bu işinə dəstək vermək olub.


Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı və Paşinyanın irəli sürdüyü 7 şərtə dünyanın 7 möcüzəsi kimi baxmaq lazım deyil. Sizcə, yalnız erməni "nazirbaşının" 23 iyulda irəli sürdüyü şərtlərdən bir gün sonra, 24 iyulda Minsk qrupu həmsədrlərinin bu şərtlərin "havası üstündə" bəyanat verməsi şübhəli deyilmi?  

 

Diqqət edin, Tovuz təxribatında dinc əhalini topa tutmuş Ermənistan ordusunu regionun ən "intellektual və döyüşkən" ordusu hesab edən Paşinyan bu şərtlərində, Ermənistan və "Artsax"ın ümumi təhlükəsizlik sisteminin daha da gücləndirilməsindən, bu istiqamətdə onların sıx əməkdaşlığından, qondarma qurumun danışıqlarda tam hüquqlu tərəfə çevrilməsindən "dəm" vurur. Ancaq Minsk qrupu həmsədrləri Paşinyanın qondarma qurumla sıx əməkdaşlıq çağrışına və bu separatçı rejimin tam hüquqlu tərəfə çevrilməsi istəyinə cavab olaraq, ona qəti şəkildə bu işğalçılıqdan əl çək demək əvəzinə, onlar həmişəki kimi baş altına yastıq qoymaqla ümumi şəkildə, "davamlı sülhə nail olmaq üçün siyasi iradə, atəşkəs rejiminə sadiq qalmaq, təxribatçı bəyanatlardan və maksimalist hərəkətlərdən çəkinmək ən yaxşı şəkildə özünü göstərir", - deyirlər.

 

Elə isə yaxşı, cənab həmsədrlər Ermənistan Azərbaycanın 20% torpağını işğal etdiyi halda, beynəlxalq hüquq və prinsipləri niyə qətiyyətlə əsas götürüb vahid şərt olaraq işə salmırsınız?! İşğala məruz qalan Azərbaycan hansı siyasi iradə ortaya qoymalıdır ki, bu sizi və havadarlıq etdiyiniz rəsmi İrəvanı razı salsın? Açın gözlərinizi və baxın, məgər 30 ilə yaxındır işğal olunmasına, beynəlxalq hüququ pozulmasına, yurd-yuvasından didərgin salınmış 750 min məcburi köçkünü ilə atəşkəs rejiminizə sülh xatirinə hələ də sadiq olan, Ermənistan və separatçı rejimin alçaldıcı min-bir təxribatçı bəyanatlarına və maksimalist hərəkətlərinə məruz qalan Azərbaycan deyilmi?!

 

Siz, "həmsədr ölkələrin birgə səylərini açıq tənqid edən və tənzimləmə prosesinin formatında dəyişikliklər etmək konstruktiv dialoqun başlanmasına kömək etmir", deməklə, qaragözlük edib az qala küsdüyünüzü açıq biruzə verirsiniz. Bəs, 26 ildir küskün və "səy" yerinə qoyduğunuz Azərbaycan xalqı nə etsin, hansı səyinizdən yaranmış uğura, irəliləyişə alqış desin?

 

Cənab "dəymədüşərlər", Paşinyan "Artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasına heç bir məhdudiyyət qoyulmamasını önə çəkərək, "Azərbaycan güzəştə getməyə hazır olduqda danışıqlar mənalı olar", deyə, öz separatçılığından əl çəkmədiyi halda, bəs, siz nədən xalqların öz müqəddəratını təyinetmə hüququndan öncə, dövlətlərin ərazi bütövlüyü prinsipinin daha üstün olduğunu onun gözünə soxmursunuz?

 

Təzada baxın ki, erməni "nazirbaşı" öz ölkəsinin Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayyət əməllərini tam əksinə yozaraq, güya 30 ildir davam edən münaqişədə Azərbaycan tərəfinin Ermənistanın sərhəd yaşayış məntəqələrinə, "dqr"-da yaşayan insanlara, siyasi, iqtisadi, ekoloji, hərəkət və digər hüquqlarını pozaraq, ciddi ziyan vurduğunu bildirir. Məgər, Qarabağın meşəsinə divan tutan, qızılını çıxarıb xaricə daşıyan, bununla Dağlıq Qarabağı müstəqil dövlət kimi gözə soxmağa və danışıqları siyasi oyunbazlıqla bilərəkdən dondurmağa can atan elə Paşinyan özü deyilmi?

 

Dünənədək danışıqlara "vız" atmayan Paşinyan bu dəfə öz maksimalist şərtlərinin sonunda ATƏT-in üzv dövləti olan Türkiyənin bölgəni sabitləşdirmək cəhdlərini qətiyyətlə rədd edib, hiyləgərcəsinə güya, Ermənistanın sülh tərafdarı olduğunu və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə davam edəcəyini bildirir. Maraqlıdır, əgər Paşinyan belə sülhpərəst idirsə, onda onun hakimiyyətə gəldiyi gündən az sonra "Qarabağ - bu, Ermənistandır və nöqtə", deməklə, danışıqları dalana dirəməsinin səbəbi nə idi?


Bütün bu suallar onu göstərir ki, Ermənistan tərəfinin indiyədək apardığı işğalçılıq siyasətindən əl çəkməməsinə ən böyük səbəb, elə Minsk qrupunun səmərəsiz fəaliyyəti olub. Bu dəfə də Minsk qrupu həmsədrlərinin bəyanatı dolayısı ilə elə Paşinyanın 7 şərtinə açıq dəstək kimi qiymətləndirilməlidir.

 

Əslində rəsmi Bakı diplomatik cəbhədə yeni gedişlər edərək, tamamilə sərt şəkildə Paşinyanın 7 şərtinin və Minsk qrupunun bildirdiyi bəyanatın qarşısına BMT-nin məlum 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsi və Helsinki Yekun Aktının müddüalarına əməl olunması şərti ilə çıxmalıdır. Bu şərtlə razılaşmayanlara isə BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn bütün tələblərin icra olunacağı qətiyyətlə bildirilməlidir. Yəqin ki, onda həm Paşinyan, həm də onun "havasına" güya, ağıllı-ağıllı "züy" tutan Minsk qrupunun həmsədrləri nə dərəcədə "ağıldan bəlaya" düşdüklərini birdəfəlik anlayarlar. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib - VİDEO 28 Oktyabr 2020, 19:07 Qəlbimizin çırpıntısı – Qarabağ 28 Oktyabr 2020, 19:04 Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb 28 Oktyabr 2020, 19:00 Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini ilə danışdı 28 Oktyabr 2020, 18:48 Ermənistan rəhbərliyi vicdanını itirmiş şəkildə hərəkət edir - Türkiyə XİN 28 Oktyabr 2020, 18:41 Bərdə qətliamının qurbanları – ADLAR 28 Oktyabr 2020, 18:36 Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03