20 Oktyabr 2020, Çərşənbə axşamı
Arxiv
29 İyul 2020, 15:34 | MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: “Mən mətbuata danışmaq istəmirəm”

Bu yaxınlarda Mədəniyyət naziri vəzifəsindən azad olunmuş Əbülfəs Qarayev hazırda evində dincəlir.

Modern.az saytının əməkdaşı eks-nazirlə əlaqə saxlayaraq ondan müsahibə almaq istəsə də, Ə.Qarayev geniş danışmaq istəməyib.

Sabiq nazir hələ ki hər şeyin yaxşı olduğunu bildirib:

“Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.


Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.


Bundan xeyli əvvəl mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.


Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.

Əbülfəs Qarayev 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub.

O, 23 saylı orta məktəbi bitirib. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb.

1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri;

1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri;

1992-1993-cü illərdə  Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim;

1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir işləyib.

1994-2001-ci illərdə Gənclər və idman naziri, 2001-2006-cı illərdə  Gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə  Mədəniyyət və turizm naziri vəzifələrini tutub.

2018-2020-ci illərdə Mədəniyyət naziri vəzifəsində çalışıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanın məğlubiyyətini şərtləndirən MƏQAMLAR... 20 Oktyabr 2020, 01:18 Altı min cəsəd 20 Oktyabr 2020, 01:03 “Qatar Airways” da Ermənistana silah daşıyır 20 Oktyabr 2020, 00:57 Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracaq 20 Oktyabr 2020, 00:43 Cəbhə gündəliyi: 19 oktyabrda nələr oldu... 20 Oktyabr 2020, 00:34 Bu ölkədə koronavirus xəstələri üçün otel açıldı 20 Oktyabr 2020, 00:33 Azərbaycanın əsas məqsədi sülhü təmin etməkdir - Hikmət Hacıyev 20 Oktyabr 2020, 00:28 “OPEC plus” ölkələri razılığa gəldilər 20 Oktyabr 2020, 00:21 “Qalatasaray” məğlub oldu, “Alanyaspor” liderliyə yüksəldi 20 Oktyabr 2020, 00:08 Düşmənin daha bir neçə texnikası məhv edildi - VİDEO 19 Oktyabr 2020, 23:56 İngiltərə Premyer Liqasında daha 8 futbolçuda COVİD-19 aşkarlandı 19 Oktyabr 2020, 23:49 Həbib Toni ilə döyüşün şərtlərini açıqladı 19 Oktyabr 2020, 23:39 Türkiyə klubundan Azərbaycana növbəti dəstək - FOTO 19 Oktyabr 2020, 23:29 “Siz düşmənləri “iti qovan kimi” qovduqca biz sevinirik” 19 Oktyabr 2020, 23:12 Türkiyədə bir gündə 2000-ə yaxın yoluxma aşkarlandı 19 Oktyabr 2020, 23:01 Türkiyənin Gəncədəki baş konsulu ermənilərin mülki əhalini hədəfə almasını pislədi 19 Oktyabr 2020, 22:49 Ordumuzun Cəbrayıl və Füzuidə ələ keçirdiyi hərbi qənimətlər - VİDEO 19 Oktyabr 2020, 22:37 Teledərslərin sabaha olan CƏDVƏLİ 19 Oktyabr 2020, 22:24 Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi - FOTO 19 Oktyabr 2020, 22:15 “Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir 19 Oktyabr 2020, 22:06 Mövzuları “Dərs vaxtı”nda öyrənin - Nazirlikdən tövsiyə 19 Oktyabr 2020, 21:51 “Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar” - İlham Əliyev 19 Oktyabr 2020, 21:44 Hekayədəki nüanslar 19 Oktyabr 2020, 21:36 Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirildi 19 Oktyabr 2020, 21:24 “Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir” 19 Oktyabr 2020, 21:18 Almanlar Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırıldı 19 Oktyabr 2020, 21:08 “Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” 19 Oktyabr 2020, 20:54 “Müşahidəçilər məsələsinə baxıla bilər” - Prezident 19 Oktyabr 2020, 20:49 Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq - İlham Əliyev 19 Oktyabr 2020, 20:38 Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib 19 Oktyabr 2020, 20:29 Prezident: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi”- MÜSAHİBƏ 19 Oktyabr 2020, 20:15 Düşmənin atdığı mərmilər yanğınlara səbəb olub 19 Oktyabr 2020, 20:04 İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır” 19 Oktyabr 2020, 19:34 Fikrət Məmmədov Almaniya səfiri ilə görüşüb - FOTO 19 Oktyabr 2020, 19:25 “Qalatasaray” Azərbaycana belə dəstək oldu - FOTO 19 Oktyabr 2020, 19:17