Arxiv
1 Avqust 2020, 14:14 | AKTUAL
Prezidentin köməkçisi: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.

 

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermiş gərginlik erməni təxribatının nəticəsi idi:

"Bu hərbi avantüra ilə rəsmi Yerevan bir neçə hədəf güdürdü. Şərti olaraq onları daxili və xarici məsələlərə bölmək olar".

 

H.Hacıyev bildirib ki, daxili məsələlər Ermənistanda COVID-19 pandemiyası ilə bağlı güclənməkdə olan ağır siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədardır:

"Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan Ermənistanda erməni xalqına populist vədləri fonunda hakimiyyətə gəldi. Amma zaman göstərdi ki, onun hökuməti həmin vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşı yönə dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin qeyri-effektivliyini aydın şəkildə göstərdi".

 

Onun sözlərinə görə, xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada nəhəng uğurlarını qeyd etmək lazımdır:

"Bizim beynəlxalq mövqelərimizin güclənməsi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində mövqelərimizin güclənməsi Ermənistanın paxıllığına səbəb olur. Bu şəraitdə destuktiv siyasət yürüdən və Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında, bu dəfə dövlət sərhədində yeni gərginlik ocağı yaratmaqla beynəlxalq ictimaiyyətini diqqətini Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən yayındırmağa çalışır".

 

 

Prezidentin köməkçisi vurğulayıb ki, bu cür təxribatlarla rəsmi Yerevan guya Azərbaycanın Ermənistan ərazisinə hücum etməsi barədə rəy yaratmağa və Ermənistan-Azərbaycan münaqişəsinə üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır:

"Bundan başqa, Ermənistanı məqsədləri arasında ixrac neft-qaz kəmərləri, "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji beynəlxalq layihələrə təhdid yaratmaq yer alır. Əminliklə deyə bilərik ki, Ermənistan qarşıya qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam fiaskoya uğradı".

H.Hacıyev qeyd edib ki, hərbi əməliyyatlara ilk olaraq Ermənistan qoşunları başlayıb. O, əlavə edib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və ya məqsədi yoxdur:

"Bir müddət əvvəl baş vermiş təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş tapşırığı dövlət sərhədlərinin və dinc əhalinin təhlükəsizliyinn qorunması idi. Azərbaycan ordusu düşmənə layiqli cavab verdi və öz döyüşqabiliyyətliliyini və yüksək döyüş ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları zonasında vəziyyət barədə tam məlumatlı olan Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə səmərəli şəkildə nəzarət edirdilər".

 

 

O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri çoxdan məlumdur:

"Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbu etdiyi dörd qətnamə, Helsinki Yekun aktı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Digər həll yolu yoxdur və ola da bilməz. Bu prinsipləri əsas tutaraq mərhələli nizamlama prosesində Ermənistan öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaratmalıdır".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik nizamlanması məsələsinə sadiq qalmaqdadır:

"Amma danışıqlar xətrinə danışıqlar qəbuledilməzdir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan ərazilərinin azad edilmısi məsələsinin məqsədilə predmet danışıqları lazımdır. Azərbaycan prosesində Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasında təkid edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət Ermənstana təcavüzkar ölkə olaraq açıq şəkildə bildirib ki, güc yolu ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Sonda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında səsləndirdiyi mövqey təkrar etmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35