Modern.az

Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı

Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı

3 Avqust 2020, 15:32

Oğurluqda şübhəli bilinən Babək rayon sakini G.Abdullayeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.

 

Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi