Modern.az

“Şərqin Parisi”ni xarabazarlığa çevirən partlayış: Beyrutda nə baş verdi? – VİDEO

“Şərqin Parisi”ni xarabazarlığa çevirən partlayış: Beyrutda nə baş verdi? – VİDEO

5 Avqust 2020, 15:37

Ötən gün Livanın paytaxtı Beyrutda dəhşətli partlayış baş verib. Güclü partlayış 240 km uzaqlıqda – Kiprdə də hiss edilib.

 

Modern.az xatırladır ki, hadisə nəticəsində 4 minə yaxın insan yaralanıb, ölü sayı isə 100-ü keçib. Rəsmilər ölü sayının artacağını bildiriblər. Ölkədə çərşənbə günündən etibarən üç günlük matəm elan olunub.

Silsilə partlayışların səbəbi limandakı anbarların birində saxlanılan 2750 tonluq ammonium-nitratla əlaqələndirilir. Prezident Mişel Aun pirotexniki vasitənin 2013-cü ildən bəri anbarda təhlükəli bir vəziyyətdə saxlanıldığını bildirib.

 

Partlayışın terror aktı olmasını iddia edənlər də var, Amerika prezidenti Donald Tramp da bu fikirdə olanlardandır.

Qeyd edək ki, partlayış Livan üçün əhəmiyyətli bir məhkəmədən 3 gün öncə baş verib. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rafiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdü. Terror aktını törətməkdə “Hizbullah” təşkilatıın üzvləri müqəssir hesab edilir. Sui-qəsd Livanda siyasi böhran və kütləvi etiraz nümayişlərinə yol açmışdı.

Lakin istintaq davam edir, hadisənin qəsdən olub-olmaması hələ də məlum deyil.

 

Qeyd edək ki, partlayış Livan üçün həssas bir vaxta təsadüf edib. Hazırda ölkə koronavirus pandemiyası və iqtsadi böhranla da mübarizə aparır. Xatırladaq ki, Livan çoxsaylı erməni icmasına malik ölkədir, təkcə Beyrutda 100 min erməni var. Livan hökumətində isə erməni icmasına 2 nazir kürsüsü ayrılıb.

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır