Modern.az

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” - Mövlud Çavuşoğlu

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” - Mövlud Çavuşoğlu

Aktual

11 Avqust 2020, 13:32

12 iyulda Ermənistan qardaş Azərbaycan torpaqlarına hücum edib.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib: "O gün nə demişdiksə, bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik. Ermənistan illərdir, qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və bu günə qədər bütün beynəlxalq qərarlara baxmayaraq, Ermənistan bu münaqişənin həllində maraqlı deyil. Bu təxribatı da bir daha Ermənistanın əsl məqsədlərini göstərdi.

 

Bu münaqişə bu günə kimi niyə həll olmayıb? Bu sualın cavabı beynəlxalq ictimaiyyətin, xüsusən də Minsk qrupunun səmimi bir şəkildə bu müaniqşənin həlli üçün çalışmamasıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü