Arxiv
26 Avqust 2020, 08:51 | ÖLKƏ
Ramiz Mehdiyev daha bir vəzifəsini İTİRDİ

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”.


Bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.


Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib:


“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir.  Xatırladım ki,  dövlət başçısının 19 fevral 2016-cı il tarixli sərəncamı ilə Komissiyanın yeni tərkibi  təsdiqlənmişdi.  2 sentyabr 2019-cu il tarixdə isə bu sərəncama dəyişiklik edildi. Daxili İşlər naziri kimi Komissiyada təmsil olunan Ramil Usubovu yeni nazir Vilayət Eyvazov əvəzlədi. Dövlət Təhlükəsizlik  Xidmətinin rəisi kimi Komissiyada təmsil olunan Mədət Quliyevi isə general Əli Nağıyev əvəzlədi. 
Bildiyiniz kimi, 1 noyabr 2019-cu il tarixdə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.  Bununla  əlaqədar Əfv Məsələləri Komissiyasının yeni tərkinin təsdiqlənməsi barədə 2016-cı ildə verilən sərəncama daha bir dəyişiklik ediləcək.  Beləliklə, Komissiyanın yeni sədri təsdiqlənəcək. Bu sırf  hüquqi və bürokratik prosedurdur.  Ramiz Mehdiyev  Administrasiya rəhbəri qismində Komissiyada təmsil olunurdu və sədr vəzifələrini yerinə yetirirdi.  Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub və bundan irəli gələrək, Komissiyanın yeni rəhbərinin  təsdiqi formal prosedur məsələsidir. Prezident Administrasiyasının yeni rəhbəri Komissiyaya rəhbəri olaraq  təsdiqlənəcəkdir”.


Mərkəz sədri qeyd edib ki, Əfv Komissiyasının sədri ilə bağlı sadəcə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb:

“Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az  saytında əks olunması texniki məsələdir. Güman edirəm ki, COVİD-19 pandemiyası ilə bağlı bu texniki işlər gecikir”.

Ə.Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub:

“Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir.  Komissiyanın iclası koronovirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04