Arxiv
27 Avqust 2020, 17:08 | REPORTAJ
Pandemiya məktəb bazarlığını arxa plana keçirib - Jurnalistlərlə SORĞU

Azərbaycanda yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Lakin bütün dünyanı təşvişdə saxlayan COVİD-19 adlı koronovirus pandemiyası səbəbindən ölkəmizdə tədrisin necə təşkil ediləcəyi hələ də sual altındadır. Buna görə, valideynlər və şagirdlərin yeni tədris ilinə hazırlığı da demək olar, dondurulmuş vəziyyətdədir.

 

Maraqlıdır, valideynlər məktəbli övladlarına dərs ili üçün məktəbli bazarlığı ediblər?

Modern.az sosial şəbəkədə bu mövzuda apardığı sorğunun nəticələrini təqdim edir:

 

İctimai Televiziyanın əməkdaşı, jurnalist Naibə Qurbanova:

“Yeni tədris ilinə hazırlaşmırıq. Hökumətin qərarını gözləyirik. Məktəb bazarlığı kifayət qədər vəsait tələb edir. Əgər məktəb olmayacaqsa, o vəsaiti niyə xərcləyək ki? Məktəbli forması və digər geyimləri almağa tələsmirəm. Əgər dərslər virtual keçiriləcəksə, buna ehtiyac olmayacağını düşünürəm. Ancaq dərs kitablarını və əlavə dərs vəsaitlərini alacağıq. Yalnız dərs vəsaitlərini. Bir də məktəblər açılası olsa əlavə gigiyenik vasitələr almağı düşünürəm. Onsuz da ötən tədris ilindən - virus xəbəri yayılandan bunu edirdik, indi də uşaqların dərs yükünə antiseptik vasitələr əlavə etməli olacağıq”.

 

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli:

“Düzü, məktəb hazırlığı, məktəb bazarlığı mənim üçün uşaqların məktəb bazarlığını etmək heç zaman xüsusi bir proses təsiri bağışlamayıb. Sadəcə, dərslər başlamazdan 3-5 gün əvvəl gedib paltarlarını, dəftər-kitablarını alıb, qayıtmışıq. Əvvəlki illərdə bilirdik ki, sentyabrın 15-də dərs başlayır, ondan 3-5 gün əvvəl uşaqlara lazım olan ləvazimatları, geyimi alırdıq. Bu il pandemiya ilə əlaqədar dərslərin nə zaman və hansı formada başlayacağı hələlik elan edilməyib. Operativ Qərargah bununla bağlı hansı qərarı versə, ona uyğun da hərəkət edəcəyik”.

 

Təhsil eksperti Kamran Əsədov:

“Mənim bu il orta məktəbə iki qızım gedəcək. Biri  üç, o biri birinci  sinfə. Daha çox ilk dəfə məktəbə gedəcək ikinci qızım, İnci çox həyəcanlıdır. Çünki pandemiya dövrünə təsadüf etdiyi üçün məktəbə hazırlıq dərsinə tam gedə bilmədi. İndi onların hər ikisinin yalnız məktəbli formalarını tikdirmişik. Almadıq, çünki bir az narahat olduq ki, kimlərsə toxuna bilərdi o formalara. Məktəbli çantası da almadıq. Hər ikisi elə keçən il götürdükləri çantaları istifadə edəcəklər. Çünki keçən il tam istifadə etməyiblər. Yaxşı vəziyyətdə qalıb. Bir də dəftər, qələm, albom kimi vəsaitləri almışıq. Amma kitablar məktəbdən veriləcək deyə, onu gözləyirik. Böyük ehtimalla məktəbdən verilsə də, onu istifadə etməyəcəyik. Yenisini alacağıq”.

 

"Kaspi" qəzetinin müxbiri Xəyalə Rəis:

“Növbəti aydan bağçaların açılmasını gözləyirəm. Pandemiya bizi tətilimizdən, gündəlik işlərimizdən, istirahətimizdən və həyat rejimimizdən etdi. Avqust ayının son günləri olsa da ancaq bağçaların və məktəblərin necə, hansı şəkildə fəaliyyət göstərəcəyi hələ də bəlli deyil. Bağçalarda yay tətili olmadığı üçün bu günlərdə belə uşaqlar bağçaya gedirdi. 5 aydan çoxdur ki, uşaqlar bağçaya getmirlər. Müəllimələri ilə mütəmadi olaraq əlaqə saxlayır, onlara da bu barədə heç bir məlumat verilməyib. Buna görə açığı pandemiya bitənə qədər uşaqları bağçaya qoymaqdan əlimi üzmüşəm. İndi məzuniyyətdə olduğum üçün evdə uşaqlara baxmaq mənə rahatdır. Ancaq növbəti həftədən işə çıxacam və bağçan bağlı olduğu üçün də uşaqlarla işləmək mənə çətin olacaq. Yeni bağça mövsümünə gəldikdə isə bu mövsüm üçün uşaqlara heç nə almamışam. Havalar soyuyana yaxın payız geyimləri almağı düşünürəm. Uşaqların inkişaf dövrü olduğu üçün bu ay aldığım geyim növbəti ay əyinlərinə gəlmir. Onun üçün onlara öncədən heç bir geyim almıram. Bilirəm ki, növbəti həftədən məzuniyyətim bitir və biz gündəlik olaraq işə gedəcəyik. Buna görə yalnız özüm üçün alış-veriş etmişəm".

 

Psixoloq Fərqanə Mehmanqızı:

“Heç bir hazırlıq görməmişəm. Sosial şəbəkələrdə yazılana görə, bu gün axşam hər şey açıqlanacaq. Operativ Qərargahın brifinqinə görə hərəkət edəcəyəm. Həm də övladlarım 6-cı sinifə gedir, bir məktəb alışqanlığımız var. Yəni tədris ilinin başlaması bizim üçün heç bir yenilik deyil. Ona görə, hələ gözləmədəyik”.

 

Jurnalist Elşad Paşasoy:

“Təəssüf ki, pandemiya səbəbindən bu ilki tədris ili ilə bağlı qeyri-müəyyənlik davam edir. Qeyd edim ki, elə sərt karantin rejiminin tətbiqi və tədrisin mart ayının ilk həftəsindən etibarən yarımçıq dayandırılması çox ciddi problemlər yaratdı. Növbəti aylarda bir sıra fənlərdən onlayn dərslər tədris olunsa da, açığı, keyfiyyət bir valideyn kimi nə məni qane etdi, nə də uşaqlar razı qaldılar. Ölkədə internetin sürəti hər birimizə yaxşı bəlli olduğu halda, internet üzərindən həyata keçirilən tədris haqqında da qənaətə gəlmək çətin deyil. Digər tərəfdən, uzun illərin təcrübəsi, ənənəsi sübut edir ki, şagird-müəllim, hətta valideyn-müəllim-şagird təmasının intensiv olmadığı halda yüksək keyfiyyətli təhsilə nail olmaq hələ ki, mümkün deyil, bu, günümüzün reallığıdır. Yeri gəlmişkən, ötən tədris ili üçün aldığımız DİM-in test kitabçaları məktəblərdə işlənilməmiş qaldı. Valideynlər o kitabçaların qiymətinin bahalığından da hər zaman şikayətçidir, Təhsil Nazirliyi bu məsələdə də düzən yaratsa, yaxşı olar. İndiki halda qeyd etdiyim qeyri-müəyyənlik hələlik valideynləri də, şagirdləri də çıxılmaz vəziyyətdə qoyub. Maska, məsafə xəbərdarlıqları, mövcud qaydalar ənənəvi dərs ili hazırlıqları arxa plana keçib. Təki tezliklə bu bəla ötüb keçsin, məktəb ləvazimatları, məktəbli geyimi ilə bağlı məsələləri yoluna qoymaq olar. Amma çox yaxşı olar ki, aztəminatlı, pandemiya dövründə işindən məhrum olmuş ailələrlə bağlı hansısa yardım paketi qəbul olunsun ki, dərs ilində valideynlər əlavə qayğılarla üz-üzə qalmasınlar”.

 

Sosioloq Lalə Mehralı:

“Bu məsələ mənə görə çox ağrılı mövzudur. Əksər mağazalar, bazarlar işləmir, ticarət mərkəzləri bağlıdır. Oğlumun ötən ilki formasını əyninə geyindirib, yoxladım. Yaxşı ki, keçən il bir qədər böyük məktəbli forması almışdıq. Məlum, yeniyetmə yaşındakı uşaqlar tez boy atdığı üçün çalışırsan, paltarını az da olsa böyük ölçüdə götürəsən ki, il başa çatana qədər geyinə bilsinlər. Biz də ötən il bu metodla almışdıq. Ona görə, indi məktəbli forması əyninə yaxşı qalır, paltar bazalığı olmayacaq. Çantalarını da yaxşı saxlayıblar. Adətən bazarlıq edəndə uşaqlar üçün keyfiyyətli şeylər almağa çalışırıq. Bu problemi də həll etdiyimizə görə kiçik dərs ləvazimatları almağımız qalır. Bu da təbii ki, məktəb açılsa, alınacaq. Təki həyat normal vəziyyətinə qayıtsın, məktəblər də açılsın, dərdimiz elə kitab-dəftər almaq olsun”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi 24 Fevral 2021, 21:47 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi 24 Fevral 2021, 21:33 Neft bahalaşdı 24 Fevral 2021, 21:19 Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29 Axşama doğru yollardakı vəziyyət 24 Fevral 2021, 17:24 Qaz kartında vəsaiti bitənlərin NƏZƏRİNƏ 24 Fevral 2021, 17:18