Modern.az

Bu bank Azərbaycana 700 milyon dollardan çox kredit ayırmağa hazırdır

Bu bank Azərbaycana 700 milyon dollardan çox kredit ayırmağa hazırdır

1 Sentyabr 2020, 20:07

Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar məbləğində kredit ehtiyatları ayırmağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə "Trend" Banka istinadən məlumat verib.

Biznes-plana əsasən, 2021-ci ildə AİB təhsil, irriqasiya, biznesin dəstəklənməsi, iqtisadi islahatlar və dəmir yollarının inkişafı sahələrində layihələrin reallaşdırılması üçün kreditlər ayıracaq.

Qeyd olunur ki, 2021-ci ildə 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə isə 325 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.

Bundan başqa, AİB 2021-2023-cü illərdə Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Qeyd edək ki, Azərbaycan hökuməti öz növbəsində irriqasiya və drenaj sistemlərinin inkişafına layihələrinə əlavə 15 milyon dollar ayırıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Cənub dəmir yolu sahəsinin bərpasına isə hökumət 20 milyon dollar ayırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir