Modern.az

Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ

Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ

23 Sentyabr 2020, 17:34

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın 1 sentyabr 2020-ci il tarxində keçirilən X Qurultayından sonra özünün müavinlərinin təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, X Qurultaya qədər müavin kimi çalışan ADP funksionerlərin əksəriyyəti öz vəzifələrində qalıb.

Əmrə görə, Rüstəmov Həsrət Qurbanəli oğlu birinci müavin, Əliyev Taliyət Məhəmməd oğlu seçki və hüquqi məsələlər üzrə, İsmaylov Nurəddin Mənsim oğlu mətbuat və ictimai əlaqələr üzrə, Soltanova Nazilə Cahangir qızı qadınlarla iş üzrə, Nuriyev Daşqın Ağarza oğlu əlaqələr və humanitar məsələlər üzrə, Nəsirli Kamran Yaşar oğlu gənclərlə iş üzrə və Məmmədzadə Nizami Kamil oğlu təşkilati məsələlər üzrə müavin təyin olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır