Arxiv
27 Sentyabr 2020, 16:51 | DİASPOR
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciəti edib.

 

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

 

Müraciətdə deyilir: “Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 

Hal-hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

 

Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

 

Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildirirk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi:” Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oğlunu cəbhəyə yola salan deputat: “Övladlarımın hamısı bu Vətənə qurban olsun” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 13:21 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ 28 Oktyabr 2020, 13:08 Nazirlikdən jurnalistlər binası ilə bağlı YENİLİK 28 Oktyabr 2020, 13:00 “Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06