Modern.az

Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb

Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb

1 Oktyabr 2020, 18:56

Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub. 

 

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb. 

 

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb. 

 

Tərtər: 

 

Tərtər şəhər 5 saylı tam orta məktəb 

Tərtər şəhər İ.Məmmədov adına 2 saylı məktəb-lisey 

Şıxarx kənd 1 saylı tam orta məktəb

Qapanlı kənd tam orta məktəb 

Qarağacı kənd tam orta məktəb

Qazyan kənd ümumi orta məktəb

 

Ağdam: 

 

Təzəkənd kənd tam orta məktəb

Ayaqqərvənd kənd tam orta məktəb

 

Füzuli: 

 

Arayatılı kənd tam orta məktəb

 

Goranboy:

 

Safıkürd kənd tam orta məktəb

 

Kəlbəcər:

 

Kəlbəcər rayonu 83 saylı tam orta məktəb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir