Arxiv
10 Oktyabr 2020, 15:46 | PARLAMENT
“Atəşkəs elan edilməsəydi, bir həftəyə Xankəndində olacaqdıq” - Vitse-spikeri

“Rusiyanın vasitəçiliyi ilə paytaxt Moskvada keçirilən üçtərəfli danışıqlar atəşkəslə nəticələndi. Bunun erməni tərəfi üçün heç bir hüquq norması yoxdur. Sadəcə olaraq Azərbaycan tərəfi dünya ictimaiyyətində ermənilərin təbliğ etdiyi kimi “qıran, dağıdan, məhv edən” bir dövlət obrazından, beynəlxalq hüquq normalarına riayət edən bir dövlət imicinə addım atıb”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli söyləyib. O qeyd edib ki, ölkə başçısının qətiyyətlə bəyan etdiyi kimi məsələlər qrafik üzrə həll olunmalıdır:

 

“Ümumiyyətlə, Qarabağ məsələsinin həllinə qısaca nəzər salsaq, üç əsas mərhələdən keçir. Uzun illər öncə ulu öndər Heydər Əliyev Qarabağ problemi ilə bağlı görüşmələrində çubuq götürüb, xəritədən istifadə edərək dünyaya Dağlıq Qarabağın harda yerləşdiyini sübut edirdi. Birinci mərhələdə biz dünyaya anlatdıq ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisində yerləşir. Bundan sonra isə dünya dövlətlərinin, təşkilatlarının razılığını aldıq ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq normalarına riayət etməklə, ATƏT-in Minsk qrupunun münasibətini axıra qədər səbrlə izlədik. Ermənistanda zorla çeviriliş yoluyla hakimiyyətə gələn Paşinyandan sonra, danışıqlara, məsələnin müzakirələr və sülh yoluyla həll edilməsinə olan ümidlər yox oldu. Biz bilirdik ki, Minsk qrupunun üzvləri oyun oynayır. Ermənistan Minsk qrupunun üzvü olan Rusiyanın forfostudur. Digər həmsədr dövlət olan Fransa isə elan edib ki, Ermənistan bizim bacımızdır. Onlar dəfələrlə atəşkəsi, təmas xəttini pozdular. Nəhayət, cənab prezident bəyan etdi ki, baş verənlər Ermənistanın günahıdır. Sonra isə,bütün dünyaya bu problemin həllinin sülh yox yalnız müharibə ilə həllinin mümkünlüyü və Azərbaycanın öz torpaqlarını azad etmək iqtidarında olduğunu sübut etdi. Sadəcə insan itkisinə yol verməmək üçün biz həmişə müharibədən uzaq durmuşuq. İllər ərzində dəfələrlə onlar tərəfindən atəşkəs pozulduğu, şəhidlərimizin olduğu vəziyyətdə səbrlə vəziyyətin düzəlməsini gözlədik. Amma artıq “qananı sözlə, qanmayanı güclə” prinsipinə əməl etməyin vaxtı gəldi”. 

 

Fəzail İbrahimlinin sözlərinə görə, 30 ildir Minsk qrupunun bizə aşıladığı “danışıq” arqumenti yalan oldu: 

 

“Nikol Paşinyan kimi psixoloji vəziyyəti yaxşı olmayan, qərəzli münasibət bəsləyən, Şuşada rəqs edib parlamenti ora köçürməyə cəhd edən bir insanla necə danışmaq olar? Bütün bunlar bizim səbr kasamızı doldurdu. Minsk qrupunun danışıq tövsiyəsini həyata keçirməyə başladıq. Amma danışığın forması bəlli oldu. Onlar anladı ki, Azərbaycan danışığın hər iki formasını bilir. Otuz ildir sülhlə, on gündür ki, hərbi yolla gedirik. Əgər atəşkəs rejimi elan olunmasa idi, biz bir həftə ərzində Xankəndində olacaqdıq. Yenə də hər şey bitməyib. Dünya üstümüzə gəlir, Fransa prezidenti iki dəfə zəng edib, Amerikada narahatlıq var, Rusiya “dodaqlarını dişinə sıxıb” dayanıb. Bu yükü üzərimizdən götürmək üçün bir addım atdıq, Ermənistana sonuncu şansı verdik. Əgər erməni başçı gənclərini məhv etmək istəmirsə, əl çəksin, torpaqlarımızın tərk etsin! Əgər deyilənlərə əməl etməsə, Azərbaycan ordusu, rəhbərliyi və xalqı, beynəlxalq təşkilatlara “siz bacarmadınız, biz torpaqlarımızı azad edəcəyik” deyib, hərəkətə keçəcək. Biz artıq danışıqlarda bizə nə təklif ediləcək yox, biz nə güzəşt edəcəyik düşüncəsi ilə hərəkət edəcəyik. Azərbaycan tərəfini qane etməyən, sərf etməyən heç bir şeyi qəbul etməyəcəyik. Torpaqlarımız işğaldan azad olunmalıdır, bu cənab prezidentin dediyi qətiyyətli ifadədir. Görək, cavabdehliyi öz üstünə götürən Moskva nə addım atacaq?! Qısa zamanda bizə hamısı məlum olacaq. Ona görə də hesab edirəm ki, əgər atəşkəsə riayət olunacaq və bizim irəli sürdüyümüz şərtlərə əməl edilib torpaqlarımız azad olunacaqsa, təbii ki, qan tökməyin əleyhinəyik. Hər nə qədər vətən sevgisi olsada, övladının şəhid olması ürəyini dağlayan analar, ailələr üçün bu doğru bir addım olar”. 

 

Vitse-spiker onu da diqqətə çatdırıb ki, artıq bir neçə saatdır, elan olunasa da faktiki atəşkəs yoxdur, ermənilər atəş açmağa davam edirlər:

 

“Humanitar addımlar çərçivəsində ermənilərə gözlədiklərindən dəfələlə çox meyit gedəcək. Onsuz da, artıq Ermənistan hərbi və siyasi dairələrinin siyasi böhranı başlayıb. Dağlarda yiyəsiz qalmış meyitlər daşınanda mənə elə gəlir ki, Paşinyanın bir cavabı olacaq. Necə gəlib, elə də qayıdacaq. Erməni xalqı başa düşdü ki, Paşinyan xalqı bədbəxt etməyə gəlib. O, hakimiyyətə gələndə Qarabağ əhalisini xalqa ögey yanaşdığı üçün qınayırdı. Amma indi məlum oldu ki, bundan əvvəlki liderlər belə Nikol Paşinyandan daha ağıllı imiş. Mən əminəm ki, yaxın zamanda onun iç üzü açılacaq, xalq onu hakimiyyətdən salacaq. 

 

Son olaraq, Tanrıdan ən böyük arzum budur ki, analarımızın göz yaşı axmasın, işğal olunmuş torpaqlarımız bu atəşkəs rejimi vasitəsilə tam azad olunsun. Şuşada bayrağımız dalğalansın və qələbə müjdəsi ilə yenidən Modern.az-a müsahibə verim”.

 

Aysel Aslan 

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 21:20 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27 Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ - VİDEO 31 Oktyabr 2020, 19:18 İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir 31 Oktyabr 2020, 18:46 Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var 31 Oktyabr 2020, 18:24 Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı... 31 Oktyabr 2020, 17:54 Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir – XİN 31 Oktyabr 2020, 17:49 Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib 31 Oktyabr 2020, 17:39 Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur” 31 Oktyabr 2020, 17:36 “Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq” 31 Oktyabr 2020, 17:24 Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 17:12 Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir - Leyla Abdullayeva 31 Oktyabr 2020, 17:09 Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir 31 Oktyabr 2020, 17:04 Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin STATİSTİKASI 31 Oktyabr 2020, 16:59 Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI 31 Oktyabr 2020, 16:51 XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI 31 Oktyabr 2020, 16:44 Məşhur aktyor 90 yaşında vəfat etdi 31 Oktyabr 2020, 16:41 Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO     31 Oktyabr 2020, 16:29 “Azərbaycanın rayonlarına 6 saat ərzində 200-dən artıq mərmi atıb” – Prezidentin köməkçisi 31 Oktyabr 2020, 16:18 Ali Məhkəmədən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 31 Oktyabr 2020, 16:10 Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur 31 Oktyabr 2020, 16:01 Azərbaycanda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər vəfat etdi 31 Oktyabr 2020, 15:40 Ermənistanın təxribatları barədə faktlar dünyanın diqqətinə çatdırıldı 31 Oktyabr 2020, 15:23 İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb 31 Oktyabr 2020, 15:15