Arxiv
17 Oktyabr 2020, 20:23 | AKTUAL
“Ermənistana qarşı təzyiqlərin olmaması onu yeni cinayətlər törətməyə sövq edir” - Hikmət Hacıyev

Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.

 

Modern.az xəbər verir ki, bu fikri diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Prezidentin köməkçisi deyib ki, diplomatların Gəncəyə səfərinin təşkilində məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlərlə yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdir. Real faktlar odur ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir.

 

Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə əvvəl belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi “SCUD” tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var. Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır. Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq. Əgər cinayət varsa, cəza da olmalıdır. Bu, dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan bu dəfə Goranboy-Naftalanı atəşə tutur - İlham Əliyev 24 Oktyabr 2020, 11:00 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - VİDEO 24 Oktyabr 2020, 10:55 Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46