Modern.az

Qəbiristanlıq qatilləri, goreşənlər - Ermənilərin YENİ ADI

Qəbiristanlıq qatilləri, goreşənlər - Ermənilərin YENİ ADI

22 Oktyabr 2020, 10:41

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin 26-cı günüdür.


Şanlı Azərbaycan ordusu qısa müddətdə 100-dən çox kəndi, Murovdağ zirvəsini, 3 şəhəri işğaldan azad edib.


Müdafiə Nazirliyinin azad olunan ərazilərimizdən yaydığı videolar isə bütün insanı dəhşətə gətirir. Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımızda təkcə tarixi abidələri, təbii milli sərvətlərimizi deyil, qəbirstanlıqlarımızı, məscidlərimizi də darmadağın edib.


30 il müddətində Azərbaycan xalqının tarixi torpaqlarından azərbaycanlıların izlərini silməyə var gücü ilə çalışan düşmənin qəbiristanlıq qatili olmaları bütün dünyaya duyurulmalı məqamdır.


Bu barədə Modern.az-a danışan tarixçi, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərli bildirib ki, əslində bu kimi məsələlərdə dünya təcrübəsinə müraciət etmək daha yaxşı olar:


“Ermənilər tarixi, dini abidələri məhv etməklə uğur qazanmadılar, əksinə, nifrət sahibi oldular. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik.

Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq ki, görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar.

Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanların qəbirlərinə, Allahın evi olan məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar.

Ermənilər məğlub olacaq, Azərbaycan torpaqlarından gedəcəklər. Amma bizim torpaqlarımızda qoyduqları “izlər” ermənilərin ifşa olunmasına gətirib çıxaracaq. Bu gün o faktlar toplanılıb, tarix göz qabağındadır.

Sabah isə qalib Azərbaycan tərəfi məğlub erməni tərəfini ittiham edərkən, qəddar erməni hərbçilərini, siyasətçiləri, barbar milləti dünyaya göstərəcək, bütün dünyaya onların əsl simasını tanıdacağıq. Zaman göstərdi ki, biz öz abırımıza büküldükcə, tarixi həqiqətləri dünyaya bəyan etmədikcə uduzuruq. Azərbaycan öz tarixi torpaqlarına tam sahib olandan sonra ermənilərin 30 il ərzində torpaqlarımızda törətdikləri vəhşiliklər haqqında bütün dünyaya səs salacağıq. Hətta bunu kimlərsə istəyib, istəməsə belə, biz bu tarixi həqiqəti tarixə, kitablara, sənədli filmlərə köçürəcəyik”.


Redaksiyadan:
 Savaş bitməmiş bu məsələni dünyaya çatdırmaq daha nəticəli olar. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlərlə birgə Ermənistanın işğalından azad edilmiş bir neçə kəndə səfər təşkil etməlidir. Savaş bütün cəbhələrdə aparılmalıdır. Gecikmiş addım səmərə verməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür