Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır.
Modern.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.
Prezident deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür:
“Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”.