Arxiv
29 Oktyabr 2020, 13:23 | AKTUAL
Ombudsman UNICEF-in icraçı direktoruna müraciət etdi

UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

 

Ombudsman Aparatının Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qətlə yetirilmiş Azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF-in icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib.

 

Ombudsman bildirib ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənsitan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər:

 

"Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

 

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olmuşdur ki, onlardan 11-i uşaqdır. Yaralanan 395 nəfərdən isə 48-i uşaqdır.

 

Bu isə Ermənistanın mülki əhaliyə qarşı davam etdirdiyi terror aktlarına göz yumulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir.

 

Yuxarıdakı faktlara və apardığı faktaraşdırıcı missiyanın nəticələrinə əsaslanmaqla Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edərək baş vermiş insan təlafatına, o cümlədən uşaqların qətlə yetirilməsinə və yaralanmasına BMT səviyyəsində münasibət bildirilməsini tələb etməklə yanaşı, birgə faktaraşdırıcı missiyanın keçirilməsini təklif etmişdi. Bu günədək isə UNICEF tərəfindən hər hansı bir fakaraşdırıcı fəaliyyət həyata keçirilməmişdir.

 

Qeyd olunanları nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı bəyanatına etirazını bildirir, həlak olan uşaqlarla bağlı yuxarıda qeyd olunan faktlara münasibətdə UNICEF tərəfindən mövqe nümayiş etdirilməsini, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması ilə bağlı təsirli tədbirlər görülməsini, uşaqların ən ümdə maraqlarının təminini ədalət və insanlıq naminə tələb edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55 İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev 25 Yanvar 2021, 11:49 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib  25 Yanvar 2021, 11:44 Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya 25 Yanvar 2021, 11:38 İnkişafın Qarabağ modeli qurulacaq 25 Yanvar 2021, 11:32