Arxiv
2 Noyabr 2020, 14:46 | MÜSAHİBƏ
Şuşalı məmur: “Sarkisyana dedim ki, kəsdiyimiz duz-çörəyə tüpürdün!” - MÜSAHİBƏ

Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov Qarabağ  döyüşləri və Şuşa ilə bağlı xatirələrini Modern.az-la bölüşüb. Onunla söhbəti təqdim edirik:


- Zahid müəllim, torpağı işğalda olan bir köçkün kimi cəbhədə gedən döyüşləri necə qiymətləndirirsiniz? 30 ildən sonra Qarabağa, Şuşaya qayıdırıq. Təəssüratlarınızı eşitmək istərdik.

- Hamımız çox böyük həsrətlə Şuşaya qovuşacağımız günü gözləyirik. 30 illik həsrətdən sonra şuşalıların vəziyyətini sözlə ifadə etmək çətindir. 30 il ərzində Şuşanın mədəniyyətini göz bəbəyimiz kimi qoruduq ki, əmanətimizi Şuşaya qaytara bilək. Bir dəfə Xan Şuşinskinin yanında oturub buz kimi su içirmişlər. Xan əmiyə də su təklif edəndə o içməkdən imtina edir. Soruşanda cavabı maraqlı olub. Boğazını göstərərək “burada xalqın əmanəti var. Soyuq su səsimi məhv edə bilər” deyib. İndi biz də fəxr edirik ki, xalqın əmanətini, qoruya bilmişik. Olmayan Şuşa şəhərinin mədəni irsini qorumaq çətin olsa da, onun öhdəsindən gəlmişik. İnşallah, tezliklə bütün əmanəti Şuşaya qaytaracağıq.


- Siz o şuşalılardansınız ki, Azərbaycan xalqının qanına əli bulaşmış Koçaryan, Serj Sarkisyanla illərlə bir yerdə işləmisiniz.

- Qəbahət deyil ki, Koçaryanla bir yerdə işləmişik. Mən azərbaycanlılyam və öz torpağımda çalışmışam. 1982-ci ildə ulu öndər Heydər Əliyev Şuşaya səfər edərkən məni görmüş və kadr kimi irəli çəkmişdi. Vilayət Komsomol Komitəsinə şöbə müdiri təyin edilmişdim. Həmişə çalışmışam ki simamızı qoruyub saxlayım. O zaman Vilayət komitəsində 100 nəfər adam işləyirdi. Onun da 3-ü azərbaycanlı, 97  nəfəri isə erməni idi.


- Azərbaycan və Ermənistan xalqları uzun müddət bir yerdə yaşayıblar. Dağlıq Qarabağın azadlığından sonra da birgə yaşayışın bərpa olunacağı deyilir. Amma gerçəklik odur ki, Azərbaycan haqq savaşı apardığı vaxtda Ermənistan mülki insanları hədəfə alır. Sizcə, Qarabağ tam azad olunandan  sonra ermənilərlə birgə yaşamağın mənası olacaqmı?

- Ermənilər həyasız və əxlaqsız millətdilər. Onların nə qədər ki ağzı əzilməyib, bu həyasızlıqlarından əl çəkməyəcəklər.


- Ancaq Azərbaycan Ordusu döyüş meydanında düşməni necə lazımdırsa susdurur.

- Bu dərəcədə susdurulmaqlarına baxmayaraq, yenə də əxlaqsızlıqlarından geri qalmırlar. Dinc əhaliyə atəş açırlar. Yaşlıları, uşaqları qətlə yetirirlər. Fəxr edirik ki, Ali Baş Komandan kimi liderimiz, güclü Ordumuz var. Allah şəhidlərimizə də rəhmət eləsin! Qardaşım oğlu da, Şuşaya ilk girənlərdəndir.


- Bəs sizin övladınız Qarabağ, Şuşa uğrunda döyüşürmü?

- Oğlum Qarabağda döyüşmək üçün ilk könüllü adını yazdıranlardandır. Ancaq hələ ki ona çağırış gəlməyib. Nəinki oğlum, mən də döyüşməyə hazıram. Birinci Qarabağ müharibəsinin veteranıyam. Şuşada torpaqlarımızın azadlığı uğrunda döyüşmüşəm. Şuşanı ən sonuncu tərk edənlərdən biriyəm.


- 2009-cu ildə torpaqlarımız işğal altında ola-ola Şuşaya səfər etmisiniz. Təsəvvür etmək belə ağırdı. Elinə, obana, evinə bir neçə dəqiqəlik baş çəkib qayıtmaq məcburiyyətindəsən. Nə hisslər keçirmişdiniz?

- Sizinlə danışıram, yanımda da 10 nəfər şuşalı oturub. Gözlərimdən yaş axır. Ağlamıram. Bu göz yaşları sevinc göz yaşlarıdır. Səhərə qədər yatmamışam. Gözümə yuxu da getmir. Mənim kimi yüzlərlə, minlərlə şuşalının gözlərinə yuxu getmir. Şuşaya qayıdacağımız günü həyəcanla gözləyirik. 2009-cu ildə Şuşaya gedib-gələndən sonra ürəyim 4 yerdən parçalandı. Ölüb yenidən dirildim. Şuşa mənim üçün çox doğmadır. Biz o torpaqlara qayıdıb hər şeyi daha yaxşı quracağıq.
 

- İşğal illərində bir kitab yazmağa başlamısız, ancaq bitirə bilməmisiz. “Şuşa alınmadan o kitabı yazıb bitirə bilmərəm” demisiniz. Bu gün biz o torpaqlara geri dönməyə başlamışıq. O kitabla bağlı nə düşünürsünüz?

- 19 kitabın müəllifiyəm. O kitabların hamısı Şuşanın tarixinə, memarlığına, mədəniyyətinə, incəsənətinə aiddir. Amma bir mövzum da var: “Şuşa və şuşalılar” O kitabı bitirməmişəm. İnşallah ki o kitabı 2-3 günə bitirə biləcəm.


- Tanınmış ingilis yazıçı Tomas de Valın Birinci Qarabağ savaşından bəhs edən kitabında sizinlə  müsahibəsi yer alıb. Təbii ki, o müsahibədə bir məğlub kimi danışmısınız. Əgər Tomas de Val İkinci Qarabağ savaşı haqqında kitab yazarsa, o kitabda  qalib  müsahib olmaq istəyərsinizmi?  Hər halda, qalib kimi deyilən sözlər başqa cür olur.


- Baxıram ki məlumatlısınız. Tomas de Val ya 1994 ya da 95-ci  il olardı, məndən  Bakıda müsahibə almışdı.  O zaman Serj Sarkisyan Ermənistanın müdafiə naziri idi. Mən müsahibədə “baxmayaraq ki biz duz-çörək kəsmişdik, ancaq o, mənim elimin, obamın, nəslimin, kökümün qəbrini dağıdıb” demişdim. Koçaryan həmişə deyirdi ki, Qafqazda duz-çörək hər şeydən üstündür. Ancaq o duz-çörəyə tüpürdü. Bu sözləri də onun üzünə demişdim. Tomas de Valın o kitabına mən də baxmışdım. Ancaq o kitabı yarımçıq yazdığından əsəbləşmişdim. İkinci dəfə isə əgər Qarabağın azadlığından yazarsa, qalib kimi müsahib olmağa hazıram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06 Dolların sabaha olan MƏZƏNNƏSİ 2 Dekabr 2020, 18:00 Karantini pozan 90 sürücü cərimələndi - FOTO 2 Dekabr 2020, 17:54 Ermənistan vətəndaşlarına ölkəni tərk etməyə icazə verildi 2 Dekabr 2020, 17:48 Firdovsi Umudov döyüşlərində gözlərini itirən Qazini ziyarət etdi - VİDEO 2 Dekabr 2020, 17:42
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?