Modern.az

Paşinyan arvadı ilə mübahisə edən generaldan necə qisas aldı... - TƏFƏRRÜAT

Paşinyan arvadı ilə mübahisə edən generaldan necə qisas aldı... - TƏFƏRRÜAT

19 Noyabr 2020, 15:20

Ermənistan ordusunun general-polkovniki Movses Akopyan baş nazir Nikol Paşinyanla bağlı insidenti xatırlayıb.

 

Modern.az xəbər verir ki, Movses Akopyan Paşinyanın Xankəndinə gələn arvadı Anna Akopyanın ordunun əsas komanda idarəetmə mərkəzində qalmasına etiraz etdiyinə görə, təzyiqlərlə üzləşdiyini söyləyib.


“Paşinyanın həyat yoldaşı Anna Akopyan general Samvel Babayanla birlikdə ordunun mərkəzi komanda idarəetmə məntəqəsində qalırdı. Mən hərbçilərin bu gərgin şəraitdə söyüş söyə bildiklərini anladığım üçün Anna Akopyandan bunkerdən çıxmağı xahiş etdim”.

 

General bundan sonra Yerevana - Müdafiə Nazirliyinə çağırıldığını, komanda idarəetmə məntəqəsində bir daha görünməməsi barədə təlimat aldığını söyləyib.


Müdafiə naziri David Tonoyan ona bu göstərişi birbaşa Nikol Paşinyandan aldığını bildirib.

 

Movses Akopyan 2018-ci ildə “Tor” zenit-raket kompleksi almağı planlaşdırdıqlarını deyib. Amma Paşinyan hakimiyyətə gələn kimi “Osa” sistemlərini almağa üstünlük verildiyini sözlərinə əlavə edib.


“İndi desinlər, “Osa” sistemləri ilə neçə pilotsuz təyyarə vurublar? Heç bir dənə də vurmayıblar”-deyə general vurğulayıb.

 

Xatırladaq ki, Movses Akopyan Ermənistan Müdafiə Nazirliyinin Nəzarət Xidmətinin rəisi olub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?