Modern.az

Ermənilər Xankəndidə Rusiyanın hərbi bazasının yaradılmasını istəyir

Ermənilər Xankəndidə Rusiyanın hərbi bazasının yaradılmasını istəyir

Dünya

3 Dekabr 2020, 11:38

Qarabağ separatçılarının rəhbəri Araik Arutunyan Azərbaycanın Xankəndi şəhərində Rusiyanın hərbi bazasının yaradılmasını təklif edib.

Modern.az xəbər verir ki, onun köməkçisi David Babayan bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə açıqlamasında deyib.

 

“Rusiyanın Qarabağda hərbi bazasının olması çox yaxşı olardı. Moskvanın çox güclü geosiyasi potensialı var”- deyə Babayan deyib.

 

Rusiya sülhməramlılarının səlahiyyət dairəsinin genişləndirilməsi planının rəsmi Yerevan tərəfindən də dəstəkləndiyi xəbər verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?