Arxiv
22 Dekabr 2020, 09:35 | REPORTAJ
Vətəni yaşadanlar - “Ana bizi təbrik elə, artıq Şuşadayıq!” - Şəhid Qubad Əliyev

Azərbaycan ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində böyük Zəfər qazandı. Yağı düşmən tapdağında olan torpaqlarını 30 il sonra geri aldı. Bu Qələbənin arxasında geriyə bir dəfə belə baxmadan canını qurban verən igid, qorxmaz Azərbaycan oğulları dayanır.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2800-dən çox əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Biz 30 il boyunca “Qan yaddaşımız”ı unutmadığımız kimi, bundan sonra da “Zəfər yaddaşımız”ı unutmamalı, unutdurmamalıyıq. 


Modern.az
 saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Bu dəfə qəhrəmanlığından danışaçağımız şəhidimiz Şuşanın azad edilməsində iştirak etmiş Qubad Əliyevdir.


Əliyev Qubad Usur oğlu 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə 1-ci sinifə gedib. 2010-cu ildə orta məktəbi bitirib, Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.


Qubad 2013-cü ildə hərbi xidmətə çağırılıb və Ağdam rayonu 190 saylı  hərbi hissənin əsgəri olub. Hərbi xidməti başa vurduqda baş atıcı və tuşlayıcı vəzifəsində xidmətə layiq görülüb.

Şəhidimiz hərbi xidmətdən qayıtdıqdan sonra “Delta Qrup CO” MMC-də Logistika Departamentinin Mərkəzi Anbar şöbəsində fəhlə işləyib. 2016-cı ildə ailə həyatı quran Qubadın bir oğlu dünyaya gəlib.


O, 2020- ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da Vətənənin müdafiəsinə çağırılıb. 

Qubad cəbhə bölgəsinin Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışır.

Şəhidimizin mərdlik göstərdiyi son döyüşü Xocavaənd rayonunda - Qırmızı Bazar istiqamətində Şuşaya doğru olub.

Qubad noyabrın 8-i saat 13 radələrində anasına zəng edərək deyib:

"Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşadayıq. İllər sonra Şuşanın azad etdik".

Şuşa xəbərini anasına çatdıran Qubad telefon danışığınından 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına həlak olub.

Şəhidin dəfn mərasimində iştirak edən yaralı döyüş yoldaşı Qubadın qəhrəmanlıqlarıdan danışıb:

"Qubad Vətən müharibəsində bir addım belə özünü geri vermədi. Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə Qubad və Fərid adlı başqa bir döyüş yoldaşımız dağın başında yerləşən mövqedə düşmənlə üzbəüz vuruşurdu".

Oktyabrın 9-dan müharibəyə gülə-gülə gedən Qubadın noyabrın 9-da ailəsinə şəhid olmaq xəbəri gəlir. Qubad Əliyev noyabrın 11-də Sumqayıtın şəhidlər xiyabanında dəfn olunub.

Bu da 26 yaşlı qəhrəman bir gəncin qısa ömür hekayəsi...

Allah rəhmət eləsin!

Fidan İlqarqızı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55 İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev 25 Yanvar 2021, 11:49 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib  25 Yanvar 2021, 11:44 Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya 25 Yanvar 2021, 11:38 İnkişafın Qarabağ modeli qurulacaq 25 Yanvar 2021, 11:32 Ermənistanın müharibə cinayətlərilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib 25 Yanvar 2021, 11:26 Qarabağ regional ədliyyə idarəsi nə iş görəcək? - AÇIQLAMA 25 Yanvar 2021, 11:20 Atəşkəsdən 10 gün sonra şəhid olan QƏHRƏMAN 25 Yanvar 2021, 11:14  Mikayıl Cabbarov “Qarabağ Dirçəliş Fondu”nun fəaliyyət planından YAZDI 25 Yanvar 2021, 11:10 Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı 25 Yanvar 2021, 11:05