Modern.az

Maniladakı yanğın 5 can aldı

Maniladakı yanğın 5 can aldı

21 Fevral 2021, 15:10

Fevralın 21-də Filippinin paytaxtı Manilanın Tondo rayonunda baş vermiş yanğın nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Modern.az  “The Manila Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə paytaxtın Yanğından Mühafizə Bürosu məlumat yayıb.

 

Bildirilir ki, gecə saat 1:49 dəqiqədə başlayan yanğın səhər saat 6:11-də söndürülüb. Yanğın nəticəsində həlak olanlar arasında 37 yaşlı kişi ilə yanaşı, 3, 8, 10 və 12 yaşlı uşaqlar var. Xəsarət almış beş nəfərdən biri də 9 yaşlı oğlandır.

 

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir