Arxiv
25 Fevral 2021, 14:48 | REPORTAJ
Vətən müharibəsinin Zəfəri - Polkovnikin HƏYAT HEKAYƏSİ

Onun uğur hekayəsi Vətən müharibəsində yazıldı. Düşmən gülləsinə tuş gəlsə də son nəfəsində belə yıxıldığı torpağı boyu qədər qoruyan oğullardan biridir o. Həmsöhbət olarkən hərbçi ömrünün bir qu nəğməsi olduğunu anladım. Vətən çağıranda səndən, məndən bir addım öndə olmaq isə özünün dediyi kimi alın yazısıdır.


27 sentyabr arzularının çin olduğu gündür. Polkovnik Zəfər Yusibov babalarının doğulduğu Göyçə mahalına Kəlbəcər dağlarından baxmaq üçün o günü çox gözləmişdi.


DİN Daxili Qoşunlarının I Qarabağ savaşında yarımçıq qalmış qəhrəmanlıq salnaməsinin davamını yazmağa quşlardan qanad, şimşəklərdən inad alıb tələsmişdi. Atılan hər bir güllənin canavar ağzına yem olmaqdan qorxmadan düşmən üstə şığıyanda hiss etmişdi ki, yanındakı əsgərləri qədər göy üzündəki şəhid ruhları da  intiqam hissi ilə alışıb yanır. Ölümün belə ağ bayraq qaldırıb onlara təslim olması Vətən savaşının möcüzələrindən biriydi.


Onları tanıyaq, tanıdaq, sevək və adlarını ömürlük yaddaşımıza həkk eləyək.


Yeri gəlmişkən, DİN Daxili Qoşunlarının dörd əməkdaşı-polkovnik Zəfər Yusibov, polkovnik-leytenant Füzuli İmrəliyev, mayor Şıxamir Qaflanov (ölümündən sonra) və kapitan Nicad Bədəlov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.


Deyir ki, Vətən savaşından bir ay öncə öncə Daxili Qoşunların xüsusi  təyinatlı bölmələrindən 300 nəfər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrinə ezam olundu. Məqsəd çevik aparılan döyüş taktikasını mənimsəmək, şəxsi heyətin biri-birini tanıması, həm də taktiki vəziyyətlərdə mühitə uyğunlaşma, döyüşün aparılmasında və birliklər arasında idarəetməyə nail olmaq idi. “Keçirilən təlimlərdən anlayırdıq ki, gözlədiyimiz an üçün hazırlıq gedir. Otuz ildə düşmənin qurduğu istehkamları yarmağın asan olmayacağını bilirdik. Ancaq o torpaqlar bizi gözləyirdi. Həm də bizə diş qıcayanlara gücümüzü göstərməliydik. Ali Baş Komandanın kimlər üçünsə gözlənilməz, bizim üçün isə hər an gözləyəcəyimiz qərar qəbul etməsi ordumuza-xalqımıza fürsət vermişdi. Döyüş intizamı, təminatı, təchizatı və mənəvi-psixoloji hazırlığı ilə Azərbaycan əsgəri düşməndən qat-qat güclü idi. Komandir olaraq qarşımızda həm verilən tapşırıqları yerinıə yetirməli, həm də tabeliyimizdəki şəxsi heyətin həyatını qorumaq üçün əlimizdən gələni etməliydik. Ancaq müharibə itkisiz olmur, qələbə qurbansız qazanılmır”...


Bəlli bir istiqamətdən düşmənin mövqelərinə doğru qarlı, dumanlı, göz-gözü görməyən havada irəliləmək çətin olsa da Koroğlu yüksəliyi istiqamətində aviasiyanın hücumu və ondan bir qədər sonra artilleriyanın sərrast atışları nəticəsində pərən-pərən olan düşməni görmək ötən illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqətin bariz nümunəsi idi.


Bu gün adı igid oğullarımızın yaddaşına yazılan “Canavar”, “Elşən” və “Camış” postlarının alınmasında Daxili Qoşunların hərbi quluqçuları unudulmayacaq fədakarlıqlara imza atıblar. Çünki düşmən mövqe tutduğu və möhkəmləndiyi strateji yüksəklikləri ağır sılahlara qoruyurdu. Həmin yüksəkliklərə qalxmaq, oranı geri almaq üçün Azərbaycan əsgəri yüngül atıcı silahlarla tanka, topa qarşı döyüşürdü, içindəki inam hissi onu irəli aparirdı.


Ordumuz Füzuli-Cəbrayıl istiqamətində düşmənin  qurduğu güclü istehkamları məhv etməklə onun belini qırdı və digər işğalda olan rayonların azad edilməsi üçün şərait yarandı. Bununla bağlı Qəhramanımızın maraqlı açıqlamaları da  diqqətimizdən yayınmadı. Sən demə, düşməndən ələ keçirilmiş xəritələrdə Füzuli və Cəbrayıl rayonları xarabalıq deyə qeyd olunurmuş.


Düşmənin həmin istiqamətlərdə müqavimətini qırmaq üçün ordu rəhbərliyinin çox mühüm bir taktikası işə yarayır: Xüsusi təyinatlı qüvvələrimiz üç istiqamətdə düşmən üzərinə hücuma keçir...


Vətən müharibəsində ən qanlı döyüşlər Hadrut istiqamətində getsə də ordumuz düşmənlərimizdən fərqli olaraq günahsız insanların ölməməsi üçün dəhliz yaratmışdı.


“Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran oğulların sırasında olmaq dünyanın ən böyük xoşbəxtliyi idi. Qanımız və canımız bahasına o doğma yurd yerini düşməndən azad etmişdik. Biz dinc əhali ilə deyil, ərazi bütövlüyümüzə göz dikənlərlə, o cümlədən muzdlularla döyüşürdük. Ancaq hadrutda maraqlı bir mənzərənin şahidi olduq. Küçələrdə yüngül atıcı silahlar, zirehli gödəkçələr müəyyən məsafələrdə yerə tökülmuşdu. Bunu etməklə düşəmənin məqsədi mülki vətəndaşları da bizə qarşı döyüşməyə məcbur etmək idi”,-deyir polkovnik Zəfər Yusibov...

 
Tuğ qəsəbəsində Naxçıvandan gələn əsgərlərimizə kömək üçün hərəkətə keçirlər. Duyuq düşən düşmən onları pusquya salır. Komandir qətiyyəti, çevik qərar qəbul etmə və döyüş şəraitini qiymətləndirmə bacarığı sayəsində bütün şəxsi heyət pusqudan sağ-salamt çıxır, toparlanıb düşmənə ağır zərbə vururlar.


Vətən savaşı qəhrəmanımız, polkovnik Zəfər Yusibov snayper gülləsindən ağır yaralandığını heç kimə deməyib. Üç gün yaralı vəziyyətdə döyüşdükdən sonra rəhbərliyin təkidi ilə müalicə olunması üçün DİN Daxili Qoşunlarının hospitalına göndərilir.


Həmin ərəfədə Şuşa uğrunda gedən döyüşlərdə iştirak edə bilmədiyinə heyfslənir. Yarası qaysaq bağlamamış yenidən cəbhəyə qayıdır, Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılır.  



Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. Hərbi Ali Məktəbi bitirdikdən sonra 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Daxili Quşunların Orta İxtisas Məktəbini “İkinci fərqlənmə dərəcəsi”ilə bitirib. Xidmət ərzində Türkiyədə Komando, komando ixtisas, snayper, su altı axtarma və zərərsizləşdirmə və ingilis dili kurslarını bitirib. Müxtəlif vaxtlarda iki dəfə qardaş ölkədə keçirilən girovların təyyarədə, qatarda, avtobusda,yaşayış məntəqəsində azad olunması üzrə kurslarda iştirak edib. Orada Quru qoşunlarının akademiyasını əla qiymətlərlə başa vurub.


DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ona növbədənkənar mükafat qaydasında polkovnik rütbəsini təqdim edib.  


Vətən Müharibəsi Qəhramanımız DİN Daxili Qoşunlarının Biləcəridə yerləşən N saylı hərbi hissəsinin “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin komandiridir.


Vətən savaşımızın dünyanın gündəmində olması, döyüş taktikalarımızın böyük gücləri heyrətləndirməsi başadüşüləndir. Çünki XXI əsrin müharibəsinin necə aparılmasını ordumuz bütün dünyaya nümayiş etdirdi.


Son olaraq onu demək istəyirik ki, əgər komandirin, əsgərin şücaəti, qorxmazlığı olmasa ən güclü texnikalar belə işə yaramaz.  

 


Hafiz Təmirov,
polis polkovnik-leytenantı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Hava proqnozu 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20 Bakıda gənc yol qəzasında xəsarət aldı 11 Aprel 2021, 09:13