Modern.az

Hollandiya azərbaycanlılarının 26 fevral PLANI: Etiraz aksiyası, petisiya...

Hollandiya azərbaycanlılarının 26 fevral PLANI: Etiraz aksiyası, petisiya...

26 Fevral 2021, 13:09

Bu gün Azərbaycanda Xocalı soyqırımının 29 illiyinə həsr olunmuş anım tədbirləri keçirilir. 1992-ci il fevarlın 25-dən 26-na keçən gecə erməni terrorçularının qətlə yetirdiyi 613 soydaşımızın əziz xatirəsi xaricdəki, o cümlədən Avropadakı diaspor üzvlərimiz tərəfindən də müxtəlif matəm və anım tədibləri ilə yad olunacaq.

Son illərdə soydaşlarımızın fəal olduğu, Azərbaycanla bağlı tarixi günlərin fəal qeyd olunduğu ölkələr sırasında Beniklüks (Niderland, Belçika, Lüksemburq) ölkələri də var.

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva Modern.az-a açıqlamasında Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Hollandiya və Belçika parlamentlərinə faciənin soyqırımı kimi tanınması ilə bağlı məktubla müraciət etdiklərini söyləyib.

“İlk növbədə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası olaraq yerli parlamentlərə, bütün aidiyyatı qurumlara, Hollandiya parlamentinin üzvlərinə ayrı-ayrılıqda Xocalı faciəsinin tanınması ilə bağlı hər il olduğu kimi məktub göndərmişik. Məktubda “siz bizə çox laqeyd yanaşırsınız, bizə yaxşı cavablar ümumiyyətlə cavab vermirsiniz”- deyə iradımızı da bildirmişik”.

 

Paralel olaraq, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri olan Maisə Ağamirzəyeva Hollandiya sakinləri ilə Xocalı soyqırımı barədə onlayn sorğu da hazırladıqlarını deyib.

“Həmin sorğunu təşkilatımızın üzvü, Real TV-nin Avropa təmsilçisi Xatirə Sərdarqızı və başqa bir xanım üzvümüz birlikdə hazırlayıb. Sorğuda yüzlərlə Hollandiya vətəndaşı iştirak edib. Bundan əlavə, Xocalı haqqqında xatirə markaları da sifariş etmişik”.

 

Maisə Ağamirzəyevanın sözlərinə görə Xocalı soyqırımının tanınması üçün yerli mediada və sosial şəbəkələrdə yazılar, məqalələr dərc olunduğunu, həmçinin fevralın 21-də xarici qonaqların da qatıldığı konfransın keçirildiyini bildirib.

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva bu gün Amsterdamda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini söyləyib.

“Bu gün Koordinasiya Şurası olaraq Ermənistan səfirliyi qarşısında sakit etiraz aksiyası keçirəcəyik. COVID-19 pandemiyasına görə aksiyada çox adamın iştirakına icazə vermirlər. Orada çox az sayda insanla olacayıq. İnanın ki, 10 nəfərdən artıq insana icazə vermədilər. Orada plakatlarla, şüarlarla dinc aksiya, ondan sonra isə hökumət orqnalarına petisiya ünvanlayacayıq. Biz bu aksiyanı Benilüks Azərbaycanlıları Konqresi ilə birlikdə həyata keçiririk”.

 

Nəzrin VAHİD

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər