Modern.az

Türkiyədə məktəblər bu tarixdə açılır

Türkiyədə məktəblər bu tarixdə açılır

Aktual

27 Fevral 2021, 12:46

Türkiyədə martın 2-dən etibarən bəzi məhdudiyyətlərlə məktəblərdə üz-üzə dərslər bərpa olunur.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhsil Nazirliyinin təlimatında deyilir.

Qeyd olunur ki, ibtidai siniflərdə dərslər bir sinif üçün həftədə 2 gün ümumilikdə 12 saatı keçməməklə baş tutacaq.

 

Orta məktəb və liseyin son sinifləri hesab olunan 8 və 12-ci siniflərdə dərslər bərpa olunur. 8-ci siniflərdə həftədə 22 saat, 12-ci siniflərd həftədə 24 saat dərs keçiriləcək.

Qeyd edək ki, Türkiyədə kənd məktəbləri fevralın 15-dən dərslərə başlayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı