Modern.az

Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı

Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı

Aktual

8 Mart 2021, 00:48

Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən az 20 nəfər ölüb, 300 nəfərdən çoxu yaralanıb. Bununla yanaşı, çox sayda insan itkin düşmüş kimi siyahıya alınıb.

 

Partlayışların səbəbi hələ bəlli deyil və episentrlərinin hərbi obyektin, xüsusi təyinatlıların kazarmalarının ərazisində olduğu bildirilib.

 

Şahidlər ilk üç partlayışın dünən yerli vaxtla saat 15:00 (18:00 GMT+4) radələrində demək olar ki, eyni vaxtda baş verdiyini deyiblər, iki saat sonra isə dördüncü partlayış olub.

 

Xatırladaq ki, Bata Ekvatorial Qvineyanın iqtisadi paytaxtı və əhali sayına görə ölkənin ən böyük şəhəridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür