Arxiv
12 mart 2021, 12:59 | REPORTAJ
11 şəhid verdiyimiz DÖYÜŞ - Talış-Suqovuşan istiqamətinə açılan YOL

482 yüksəkliyinin azad edilməsi zəfərə gedən yolun başlanğıcı idi

 

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də şimal-şərq istiqamətində uğurlu əks-hücum əməliyyatı həyata keçirdi. Bu istiqamətdə ən ağır döyüşlərdən biri Talış kəndin solundakı 482 yüksəkliyi uğrunda gedirdi. Döyüş meydanında ümumi rəhbərliyi N saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik-leytenant Bayram İbişov edirdi.

Saat 8.30-da 482 yüksəkliyinin azad edilməsi ilə bağlı “İrəli!” əmri verildi. Kəşfiyyat bölüyü tank bölüyünün dəstəyi ilə hücuma keçdi. Həmin istiqamətdə düşmənin möhkəmləndirilmiş iki mövqeyi vardı. Onlardan biri 482 yüksəkliyi, ikincisi də ondan təqribən 100 mert məsafədə yerləşirdi. Birinci mövqedə ermənilərin bir taqıma yaxın şəxsi heyəti, ikinci mövqedə isə 10 düşmən əsgəri vardı.

Ağır döyüşlər başladı. Bayram İbişovun rəhbərliyi ilə əsgərlərimiz 482 yüksəkliyinin yaxınlığındakı təpəliyə iki istiqamətdə hücum etdi. Hücuma keçən taqımlardan birinə kapitan Tamerlan Rəşidli, digərinə isə baş leytenant İsmət Hacıyev başçılıq edirdi.

“Düşmənin ciddi müqavimətinə baxmayaraq, saat 9-da ermənilərin birinci mövqeyini ələ keçirdik. Döyüşdə 4 şəhid verdik. Baş leytenant İsmət Hacıyev və gizir İsaxan Qəniyev qəhrəmancasına həlak oldular”, - əməliyyatın rəhbəri Bayram İbişov deyir.

Düşmən mövqeyinin ələ keçirilməsi döyüşçülərimiz arasında böyük ruh yüksəkliyi yaratdı. Qarşıda 482 yüksəkliyi dururdu. Canlı qüvvəmiz düşmənin 27 ildi tikib möhkəmləndirdiyi istekamı-səngəri düşməndən azad etməli idi. Ermənilər möhkəm tikdikləri dodlardan, səngərlərdən əsgərlərimizə pulemyotlardan atəş açır, minaatanları isə susmurdu. Həm texnikaya, həm də şəxsi heyətə Kornet, Faqotdan (tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi) durmadan atəş açırdılar.

Onlar əmin idilər ki, illərdi möhkəmləndirdikləri müdafiə səddini ordumuz yara bilməyəcək. Üstəlik də əsgərlərimizin hücum etdiyi ərazi - düşmən mövqelərinin qarşısı minalanmış sahələr idi. Amma onlar döyüşə atılanların Vətən sevdalı şərəfli Azərbaycan əsgərləri, onlara rəhbərlik edən zabitin isə peşəkar kəşfiyyatçı olduğunu unudurdular. Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq 482 yüksəkliyinə hücuma keçdilər.

Hücum istiqamətində çox güclü döyüş gedirdi. Bölüklərimiz yüksəkliyə doğru iki istiqamətdən - yan cinahlardan hücuma keçmişdilər. Çox dəhşətli səhnə idi, vəziyyət çox pis idi. Lakin Bayram İbişovun rəhbərliyi ilə yüksəkliyin düşməndən təmizlənməsi əməliyyatı davam edirdi. Bu döyüşdə xüsusi şücayət göstərənlərdən biri kapitan Tamerlan Rəşidli idi. Kapitan Tamerlan Rəşidli hücum əməliyyatı zamanı erməni snayperi tərəfindən ayağından vuruldu, o yaralı olsa da, döyüş mövqeyini tərk etmədi, döyüşü əsgərləri ilə birlikdə davam etdirdi. QP-25 (qumbaratan) ilə erməni Faqotunu vuraraq, onu heyəti ilə birlikdə məhv etdi.

Kəşfiyatçı-snayper İnqilab Qayıbov isə qurpun hərəkətinə mane olan, onu atəş altında saxlayan 2 erməni snayperini zərərsizləşdirdi və qurupun irəli getməsini təmin etdi. Həmçinin, kəşfiyatçı-snayper Rüstəm Rəşidov OSV-96 snayper silahi ilə düşməmin köməyinə gələn təxminən 10-12 nəfərlik canlı qüvəni daşıyan texnikanın sürücüsünü məhv etdi, dəstəyin qarşısını aldı.

Döyüşdə xüsusi şücayət göstərənlərdən biri də İnqilab Qayıbov və çavus Elvin Kərimov (şəhid olub) idi. İnqilab Qayıbov 482 yüksəkliyinə hücum zamanı qarşıına çıxan erməni əsgərinin atdığı qumbara nəticəsində yaralandı. Qumbara onun 2-3 metr yaxınlığına düşərək partlamışdı. Qəlpələri İnqilabın bədəninə dolsa da, o özünü itirmədi və düşmənin başından vurdu.

Həmin vaxt düşmənin 60 mm-lik minaatanın mərmisi qabaqda gedən 4 nəfərin yanına düşdü. Əjdər Dadaşov, Cahangir Qurbanov və Ayşad Əzizov şəhid oldular. İnqilab Qayıbov isə yenidən ağır qəlpə yaraları aldı. Çox kritik vəziyyət yaranmışdı. Yaralıların köməyinə ilk gələnlərdən Cavidan Abbaslı və Tərlan Qəzənfərovun özləri də yaralı idilər, lakin buna baxmayaraq digər yaralılara köməklik edirdilər. Məsələn, Tərlan Qəzənfərovun vəziyəti ağır olsa da, döyüşə-döyüşə İnqilab Qayıbovu döyüş meydanından çıxararaq Düşərgə postuna gətirdi. Dərhal yaralılara həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərildi və İnqilabın vəziyyəti ağır olduğundan hospitala göndərildi. Tərlan Qəzənfərov ayaq nahiyəsindən bir neçə qəlpə yarası almasına baxmayaraq, geriyə - döyüş yoldaşlarının yanına döndü.

Bu döyüşdə tank bölüyü də yüksək peşəkarlıq göstərdi. Mayor Ziya Novruzov və onun rəhbərliyi altında olan heyətin tank komandiri leytenant Murad İsmixan oğlu Məmmədli və tuşlyıcı MAHHXHQ Ağil Mehman oğlu Hüseynov qüllədəki erməni kamerasını məhv etdi. Bir mərmi ilə qülləni ortasından vurdu. Kamera ilə hərbçilərimizin mövqeləri, hərəkəti izlənilirdi.

482 yüksəkliyinin minalanmış ərazisində 8 tankımızdan 5-i minaya düşdü, 1 tankımızı isə düşmən vurdu. Buna baxmayaraq, 2 tankla düşmən mövqeyinə ağır zərbələr endirildi.

Bir neçə saatdan sonra düşmənin müdafiə xəttin yarıldı, texnikalarımız düşmənin qazdığı xəndəklərdə yerləşdi.

Bayram İbişov bu barədə bildirir: “Saat 11-də yüksəklik əsgərlərimiz tərəfindən götürüldü və ermənilərdən təmizləndi. Döyüşün birinci günü kəşfiyyat bölüyündən 10 şəhid verdik, 13 nəfər isə yaralımız oldu. Şəhid olanlar qrup komandiri İsmət Hacıyev, İsaxan Qəniyev, Seymur Ələsgərov, Samir Fərzəliyev, Elman Həsənov, Həsən Dəmirov, Əmrah Məmmədov kimi igid, mərd Vətən oğulları var idı. Hər biri cəngavər idi, gözlərində ölüm qorxusu yox idi. Qarabağ onlar üçün qeyrət, namus simvolu idi və o namus, o qeyrət üçün də canlarından keçdilər.

Ermənilər ağır itkilər versələr də, bir neçə dəfə əks-hücuma keçərək, strateji əhəmiyyətə malik yüksəkliyi geri almağa çalışdılar. Qrupda olan kəşfiyyatçı-pulemyotçu Rəşad Tarverdiyev və kəşfiyyatçı-pulemyotçu Vüqar Sarıyev öz RPK sillhları ilə, kəşfiyyatçı Fərid Məmmədli QP-25 qumbaraatanı ilə, Azər Süleymanov öz snayper silahi ilə əks-hücumun qarşısını aldılar, düşmənə ciddi itki verdirərək, geri oturtdular".

Düşmən bu yüksəkliyi itirmək istəmirdi. Çünki bu yüksəkliyin itirilməsi 457 yüksəkliyinin müdafiəsini çətinləşdirir, Talış və Suqovuşan istiqamətində irəliləməyimizə imkan verirdi. Sonradan bu yüksəklikdən 457 yüksəkliyinin düşməndən azad edilməsi əməliyyatı idarə edildi.

Sonrakı günlər Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəklikdən və əlverişli mövqelərdən hərəkətə keçən əsgərlərimiz əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirdilər.

“3 gün 482 yüksəkliyini ermənilərdən müdafiə etdik. Minaatan mərmilərindən müdafiə olunaraq yüksəkliyi tam şəkildə düşməndən azad etdik”,- Bayram İbişov deyir.

(davamı var)

Pünhan Əfəndiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17