Arxiv
17 mart 2021, 14:44 | ANALİTİKA
“Kiyev Mustafa Cəmiloğlunu eşitsəydi, Kırım əldən getməzdi” - ŞƏRH

“Krımın ilhaqının “rəsmiləşdirilməsindən” 7 il keçdi. Kreml 2013-2014-cü illərin əvvəllərində Kiyevdəki hakimiyyət-müxalifət qarşıdurmasından istifadə edərək, Krıma öz hərbçilərini göndərdi, sonra isə “referendum” keçirib yarımadanı rəsmən ilhaq etdi”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunması barədə danışarkən deyib.

“Ukrayna heç nə edə bilmədi, Krım uğrunda döyüşə bilmədi, çünki ruspərəst prezident Viktor Yanukoviçin ölkədən qaçmasıyla kağız üzərində olan ordu da dağıldı. Bəlkə də Ukrayna yaşadığı xaosa rəğmən, Krım uğrunda əlindəki imkanlar daxilində döyüşsə və müqavimət göstərsəydi Rusiya yarımadanı asanlıqla ram etməzdi. Ancaq onda da Kreml sahibi Ukraynanın ikiyə parçalamasını əmr edər və “Novorossiya” (Donetsk və Luqanskla yanaşı, Mariapol, Dnepr, Odessa, Nikolayev, Xerson, Xarkov şəhərlərinin ələ keçirilməsi) planını işə salardı”,-deyə E.Şahinoğlu əlavə edib.

 

Siyasi şərhçinin sözlərinə görə, Ukraynada bir-birini dəyişən hakimiyyətlərin başqa bir səhvi Krım tatarlarına güvənməyərək, 1990-ci illərin başından onların sayının artmasına yaratdığı maneələrdir:

“Mənə Kiyevdə rəsmilərdən biri etiraf etmişdi ki, onlar Krımda nə vaxtsa separatçılığa məhz tatarların başlayacağını zənn edirmişlər. Tam əksi oldu, tatarlar Kırımda Ukraynanın bütövlüyünə və bayrağına sadiq qaldılar, yarımadadakı ruslar isə Moskvaya sığındılar. Kiyevdəki siyasətçilər yanıldıqlarını Krımın ilhaqından sonra anladılar, ancaq artıq gec idi. Əlbəttə, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ukraynalı siyasətçilər tərəfindən hörmət edilən şəxsdir, hər prezident onu yanında görmək istəyir, ancaq Mustafa bəyin məsləhətlərini daha əvvəl eşitmək lazım idi. Mustafa bəylə Kiyevdə bu mövzuda çox söhbətlərimiz olub, o, vaxtında atılmalı olan addımların gecikdirildiyini deyirdi”.


E.Şahinoğlu deyib ki, Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq.


“Rusiyada prezident nə vaxtsa dəyişsə, hətta Navalnı kimi siyasətçinin Kreml sahibi olacağını ehtimal etsək belə, şimal qonşumuzun Krıımı Ukraynaya qaytaracağını zənn etmək çətindir. Buna baxmayaraq, Kiyev müqavimət göstərir və Donbasla yanaşı, Krımı da unutmadığını göstərir. Misal üçün Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkə-ölkə gəzərək dünya liderlərini avqust ayında Kiyevdə keçiriləcək “Krım platforması”na dəvət etmək istəyir. ABŞ, Türkiyə və Avropa dövlətləri toplantıda iştirak edəcəklərini bəyan ediblər. Əlbəttə, bu təşəbbüs Krımın ilhaqına son qoymayacaq, ancaq ən azı dünyanın diqqətini yarımadaya yönəldəcək, Qərbin Rusiyaya qarşı sanskiyalarını sərtləşdirəcək. Kiyevdə ümid edirlər ki, nə vaxtsa Rusiya zəiflməyə və bu ölkədə mərkəzdənqaçma proseslər başlasa, Krımı geri qaytarmaq mümkün olacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Teleradio” İstehsalat Birliyinə baş direktor təyin edildi 25 Oktyabr 2021, 14:36 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 Yasamalda narkotik əməliyyatı - 15 nəfər saxlanılıb (VİDEO) 25 Oktyabr 2021, 14:20 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38