Modern.az

Qəbul imtahanlarında Vətən müharibəsinə aid suallar olacaq - DİM

Qəbul imtahanlarında Vətən müharibəsinə aid suallar olacaq - DİM

Təhsil

14 Aprel 2021, 17:28

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair test tapşırıqları olacaq.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) bildirib.

 “Abituriyent” jurnalının 1-ci sayında Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir